fars. ab- su, dan – qab
Suyu yığıb saxlamaq üçün tikili, yeraltı hovuz, nohur. (“Koroğlu” dastanının lüğəti)
Bəlli Əhməd girər olsa meydana,
At oynadar, qılınc çalar düşmana,
Qolu bağlı salınmışam ovdana,
Çatmır bir tərəfə əl, aman, aman!
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıDəvə noxtası, məhər. (“Koroğlu” dastanının lüğəti)
Dağların başından keçəmmir karvan,
Ovsarı əlində ağlayır sarvan,
Tacirlər əlindən çəkirlər aman,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Həmzə bəy Qıratın yəhər-yüyənini düzəldib özü onun cilovunu tutdu, ovsarını isə beş-altı adamın əlinə verib min əzab-əziyyət ilə tövlədən eşiyə çıxarıb paşanın hüzuruna gətirdi. (Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikası1. Məskən, yer.
2. Düzənlik geniş sahə. Dastanda ovlaq mənasında da işlənir. (“Koroğlu” dastanının lüğəti)
Bura mənim köhnə oylağımdır. (“Alı kişi”)
*
Ərəb Reyhan ürəyində dedi: “Koroğlu axır ki, yağlı əlini mənim də başıma çəkdi, mənim oylağımdan da ov apardı”. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıKənd, el. (“Koroğlu” dastanının lüğəti)
Dağlar aşdı, dərələr keçdi. Neçə-neçə oymaqlar, neçə-neçə kəndlər, şəhərlər gəzdi. (“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Bəlli olur qoç igidin oymağı,
Qara quştək çəkə, yırta qaynağı,
Xınzır kimi qənim üstə varmağı,
Kəlboğlu tək tər savaşı gərəkdir.
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikası