Otaq.
Sevdiyim, süpür odanı,
Doldur, saqi, ver badanı,
Yarıma gələn qadanı
Qızıl kimi alıram mən.
(“Abdulla və Cahan”)
Uğurlamaq, yollamaq.
Şapuru can ilə oğradım cəngə,
Məğlub eləyibən gətirdim təngə.
(“Sam şahzadə”)
Vəsf sözünün cəmi; sifət, keyfiyyət.
Bircə gözəl istərəm bu osafda,
Gözəllər içində xub tər olsun.
(“Mahmudla Nigar”)
Düzənlik, ovalıq.
Kərəm deyər: eşq qazanın qaynadan,
Geniş ovalarda köhlən oynadan,
Fəryad edib, çox analar ağladan,
Mən ağlayım yana-yana, aman hey!
(“Əsli və Kərəm”)
Əhval.
Dəryalar göy geymiş, mahılar qara,
İnən belə öz halıma vay deyim.
Biz iyid ki, qürbət elə varanda,
Qəriblərin ovhalına vay deyim.
(“Qulam-Kəmtər”)
Vərəq sözünün cəmi, övraqi-gül – gül yarpaqları.
Mənnən salam olsun Aşıq Sənana,
Bil, neçə gül bitib, ovrağı nədi?
Məscidi-əqsayə kim qoydu bina,
Onun içi daşdı, qırağı nədi?
(“Abbas və Gülgəz”)
Oyulmaq; çökmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
Kiçik oğlan. (“Kitabi-Dədə Qorqud” leksikası)
Çoluq-çocuq qələbəliyi, tünlüyü. (“Kitabi-Dədə Qorqud” leksikası)
Atın yavaş kişnəməsi. (“Kitabi-Dədə Qorqud” leksikası)
Oğru. (“Kitabi-Dədə Qorqud” leksikası)
Gizlicə, yavaşca. (“Kitabi-Dədə Qorqud” leksikası)
Ox. (“Kitabi-Dədə Qorqud” leksikası)
Oxçu. (“Kitabi-Dədə Qorqud” leksikası)
Kiçik ox, gözəl ox. (“Kitabi-Dədə Qorqud” leksikası)