Qədim silah, mizraq, cida. (“Koroğlu” dastanının lüğəti)
Alaq əlimizə nizə,
Mərdlər əhsən desin bizə,
Duraq meydanda üz-üzə,
Savaşaq indi sənnən mən!
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Koroğlu hökm edən kimi dəlilər hamısı yaraqlandı. Koroğlu özü də nizəyə söykənib qoşunun qabağında dayandı. (Paris nüsxəsi, 2-ci məclis)
Azərbaycan dastanlarının leksikasıNökər monqol mənşəli söz hesab olunur; naib ərəb sözü olub, “canişin” mənası ilə yanaşı, “köməkçi, əlaltı” mənasını verir. (“Koroğlu” dastanının lüğəti)
Başında yaraqlı-yasaqlı adamların, nökər-nayıbın da var. (“Koroğlunun Bayazid səfəri”)
*
Ondan sonra ya gərək gedib ona nökərdən-nayıbdan olaq, ya da ki, qaçıb dağlarda, daşlarda qaçaqlıq eləyək. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıərəb. nəzlə
1. Zökəm, tumov
2. Dialekt. baş sətəlcəmi; dişlərin hamısının birdən ağrıması. (“Koroğlu” dastanının lüğəti)
Dialektlərdə muzilə, muzula şəklində də işlənir.
Mənə qarı niyə deyirsən? Dişlərimə baxırsan? Hamısı nuzladan tökülüb.
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıərəb. nəcm sözünün cəmi
1. Ulduzlar.
2. Elmi-nücum, astrologiya. (“Koroğlu” dastanının lüğəti)
Rövşən Mirzəni atın tərkinə alıb o adaya apardı. Mirzənin nücum kitabı var idi. Onu qoltuğundan çıxartdı, Rövşənə verib dedi:
– Oğul, bu kitaba tamaşa et. (Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikası