Toyda, nişanda paylanan şirni, pul, eləcə də ev sahibinə və aşığa verilən pul. (“Koroğlu” dastanının lüğəti)
O qədər xələt , o qədər nəmər yığıldı ki, hədsiz, hesabsız. (“Eyvazın Çənlibelə gətirilməyi”)
*
İstəsən sən də gələrsən. Bir az çalıb-oxuyarsan, nəmərdən-zaddan alarsan. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası1. Erkək dəvə.
2. Məcazi mənada: qorxmaz, cəsarətli, güclü, qüvvətli.
3. Qırata işarə ilə işlənir (Çardağlı – Çənlibellərdə; Əsrəmiş nər saxlamışam). (“Koroğlu” dastanının lüğəti)
Çatmaz gücünə nər sənin,
Adın dildə əzbər sənin,
Koroğlu kimi ər sənin,
Axır olur oyun, Eyvaz!
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Nərəm davada, qızğın nər,
Dünyada göstərdim hünər,
Boyandı əlimdə şeşpər
Qana deyim, Telli Nigar!
(“Düratın itməyi”)
*
Koroğlu bu sözləri oxuyanda nər dəvə kimi ağzından köpük tökülürdü. Koroğlu Dəli Mehtərə Qıratı yəhərlətdi, sazı sinəsinə basıb dedi... (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası24 xanası olan iki çərçivəli taxtadan 30 daşdan iki zərdən ibarət oyun aləti və həmin alətlə oynanılan oyun. (“Koroğlu” dastanının lüğəti)
Aşıq Cünun, sənə deyim,
Ürəyimdə dərd inildər,
Bir bəy oğlunun əlindən
Şeş atanda nərd inildər.
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəmirçioğlu-Bozalqanlı”)
Azərbaycan dastanlarının leksikasıBax: nərd. (“Koroğlu” dastanının lüğəti)
Qurun nərtaxtanı, gəlin oynayaq,
Atın ağ zərləri şeşi-beş olsun! (“Koroğlunun Qars səfəri”)
*
Çənlibelə dörd mənzil qalmış gördülər ki, adlı-sanlı bir tacir öz qafiləsi ilə gözəl, səfalı bir çəmənlikdə büsat qurub kabab yeyir, şərab içir, nərdtaxta oynayıb kefə baxır. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikasıİşəyaramayan, bikara, vecsiz. (“Koroğlu” dastanının lüğəti)
Mənim adım Bəlli Əhməddir. Özüm də Koroğlunun lap o nəverim dəlilərindən biriyəm. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
*
Yox. Yalan deyir. Bu heç nəverim-zad deyil. Koroğlunun lap adlı-sanlı dəlilərindən biridir. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası1. Duvaq, üz örtüsü.
2. Döyüşçülərin, cəngavərlərin tanınmamaq və qorunmaq üçün taxdıqları üz zirehi. (“Koroğlu” dastanının lüğəti)
Məsələn: “Kitabi-Dədə Qorqud”da 4 oğuz igidi üzü niqablı gəzirdi. Dastanda məcazi mənada işlənir.
Hiylə niqabın üzünə çəkib dedi: – Kor olsun mənim anam. (“Koroğlunun Bayazid səfəri”)
*
Həmzə bildi ki, bu, Koroğludu, hiylə niqabını çəkdi üzünə. (“Həmzənin Qıratı aparmağı”)
*
Bolu bəy hiylə niqabın üzünə çəkib dedi... (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası