Nal və ya incə dəmir parçaları. (“Koroğlu” dastanının lüğəti)
O saat yarı Xorasan poladı, yarı nalpara bir qılınc qayırıb verdi. (“Koroğlunun Dərbənd səfəri”)
*
İraxdı mənzilim, uzaqdı ara.
Suyu çox sərt ola, qılovu qara.
Yarı cılxa polad, yarı nalpara,
Qara əqrəb kimi zəhrimar ola.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikasıAd. Dastanda nəm şəklində də rast gəlinir. (“Koroğlu” dastanının lüğəti)
Nigarı dərdə gətirən,
Cəsədin qəbrə yetirən,
Koroğlu namın götürən,
Yurdunda son olan yoxdu.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Üç nəfər nabələd adam gəlib, bu namda, bu nişanda, özləri də ilan bulağın başında yatıblar. (“Durna teli”)
*
Bəli, fərraşlar, xəbər apardılar xana ki, bəs bu oğlan gəlib bu nəmdə, bu nişanda, səni görmək istəyir. (“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikasıMəktub. (“Koroğlu” dastanının lüğəti)
Cəfər paşa götürüb xotkara bir namə yazdı ki:“Koroğlunun bir dəlisini tutmuşam”. Naməni bir qasid ilə xotkara göndərdi. (“Koroğlunun Ərzurum səfəri”)
*
Qasid namələri aparmaqda olsun, sən eşit Hasan paşadan. (“Həmzənin Qıratı aparmağı”)
*
Bəlli Əhməd dedi:
– Ay gözəl xanım, Koroğlu bu naməyə inanmayacaq, yaxşısı budu şəklini ver, Koroğluya aparım. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası1. Əqrəb, arı və s.-nin sancdıqları yerə zəhər buraxmaq üçün orqan.
2. İtiuclu cərrah bıçağı. Dastanda daha çox məcazlarda işlənir. (“Koroğlu” dastanının lüğəti)
Qadir mövlam, səndən kömək dilərəm,
Həsən yaralıdı, dərman istərəm.
Neştər alıb bağrım başın didərəm,
Həsən yaralıdı, dərman istərəm.
(“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
*
Paşanın bu sözü bir neştər olub Koroğlunun bağrını dəldi. Koroğlu paşaya yaxınlaşıb dedi:
– Paşa sağ olsun, bir sözüm var, icazə versəydin, deyərdim. (Paris nüsxəsi, 9-cu məclis)
*
Dona xanımın sözləri Koroğlunun bağırın neştər kimi dəldi. Hirsindən az qaldı ürəyi partlasın. (Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikası