Dodaq. Dilçilikdə işlənən labial (dodaq) termini ilə ilə ortaq kökdəndir (“Koroğlu” dastanının lüğəti)
Amma yazıq qız atasının, bir də ki bir namərd qardaşı var idi, onun qorxusundan ləb tərpədib nəfəs çəkə bilmirdi.
(“Koroğlunun İstanbul səfəri”) (İ.A., B.A.)
*
Aləmə münəvvər olubdu halı,
Xəstəyə dərmandı ləbinin balı,
Ona qurban olsun bu İsabalı,
Kim versə babamdan mənə bir xəbər.
(“Koroğlu ilə Bolu bəy”) (“Bolu–Şamaxı”)
Azərbaycan dastanlarının leksikası“Buyurun”, “bəli”, “hazıram”, “mən sənin tərəfindəyəm” mənalarında işlənir (adətən, demək feili ilə). (“Koroğlu” dastanının lüğəti)
O gecə səhərəcən dəlilərin zümzüməsinnən, Cünunun bayatısınnan, xanımların ağusunnan, atdarın kişnəməsinnən yer-göy bir-birinə qovuşub “ləbbey” dedi, təkcə Koroğlunun səsi çıxmadı. (“Mərcan xanımın Çənlibelə gəlməyi” (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıAlçaq, düşkün. (“Koroğlu” dastanının lüğəti)
İki ləkə bir məclisə varanda,
O məclisin halı pərişan olu.
Bir qoç igid bir meydanda tapılsa,
Bəzənər o meydan zərnişan olu.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Koroğluyam, onu-bunu bilməzəm,
Hər yetən ləkəyə boyun əyməzəm,
Yaradandan qeyri kimsə bilməzəm,
İstər yaxşı, istər yaman bil məni.
(Gürcü əlifbası ilə yazılmış əlyazması)
Azərbaycan dastanlarının leksikasıİzahlı lüğətdə “kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsi ilə məşğul olan adam” kimi göstərilib. (“Koroğlu” dastanının lüğəti)
Dastanda qız övladlarının da lələsi olduğu anlaşılır.
İsabalı burada qalsın, indi sənə xəbər verim Dona xanımın Lələsindən. Dona xanımın Lələsi Koroğlunun səhər yeməyinə yağ-düyü almaq üçün İstanbul meydanına gəlmişdi. (Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikası1. Lövbər
2. Taraz. (“Koroğlu” dastanının lüğəti)
Mən aşıq ləngəridi,
Gəmidi, ləngəridi,
Çox bilib, az danışmaq
İgidin ləngəridi.
(“Koroğlunun Bayazid səfəri”)
Qeyd: Hümmət Əlizadə nüsxəsində bu bənddəki Ləngəri sözü toponim kimi verilmişdir. Müqayisə et:
Mən aşıq Təhlədənəm,
Tək öylü təhlədənəm,
Arasbar tərlanıyam,
Sonalar təhlədənəm.
Mən aşıq Ləngəridi,
Gəmidi, ləngəridi,
Çox bilib, az danışmaq
İgidin ləngəridi.
Mən aşığ Ordubada,
Salmasdan Ordubada.
Sərkərdə qoçağ olsa,
Heç verməz ordu bada.
Azərbaycan dastanlarının leksikası