Dəvə balası. (“Koroğlu” dastanının lüğəti)
Qızıl ov səqərli, köşək dönümlü,
Dəyirman madarlı, ac qurd yeyimli,
Dovşan beli ipək, xəyyatə yalı,
Tavustək yelkəsi uca gərəkdi.
(Paris nüsxəsi, 1-ci məclis)
*
İzlənəndə köşək izi izlənir,
Bəslənəndə ardı-ögi düzlənir,
Paçasında sədəqlilər gizlənir,
Könül bu bədövün sevdasındadı.
(Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıYaxşı bəslənmiş (at haqqında). (“Koroğlu” dastanının lüğəti)
İgidlər oylağı o Çənlibeldə,
Daşdan qala quran qoç Koroğludur.
Kinli paşalara meydan oxuyan,
Çox köhlənlər yoran qoç Koroğludur.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Nəfir carçı olur, çalar,
Şad açulur, aləm parlar,
Ər hayxırur, köhlən xorlar,
Bir əcayib rüzgar olur.
(M.Elyas. “Nəğmələr kitabı”)
*
Qarqudan çəkilən onun boyudu,
Müxənnət olanun gözün oyudu,
Əsli köhlən, yoxsa Düldül soyudu,
Qırat, məni Çəmlibelə yetir, hey!
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıDastanda silah kimi işlədilir. (“Koroğlu” dastanının lüğəti)
Belindəki kotan zəncirini açıb əlinə aldı. (“Koroğlunun Ərzurum səfəri”)
*
Axırda Dəmirçioğlu atasından gizli bir canlı kotan zəncirini də götürüb, toqqa əvəzinə belinə bağladı, Çənlibelə tərəf yola düşdü. (“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)
*
Can Koroğlu, sən rüsxət ver, onları kotan zənciri ilə Toqatacan qovlayım. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıBax: girvə (2-ci mənaya). (“Koroğlu” dastanının lüğəti)
Əlli nədir, altmış nədir, yüz nədir...
Mən bilmənəm hərzə-hərzə söz nədir.
Nəzərimdə dərə, təpə, düz nədir...
Mənəm əsl kirvələrin pələngi.
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
*
Əlli nədi, altmış nədi, yüz nədi,
Mən bilmənəm hərzə-hərzə söz nədi,
Qabağımda dərə, təpə, düz nədi,
Mənəm əsil kirvələrin pələngi.
(“Ağcaquzu”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıOx yayının iki ucuna tarım bağlanan ip. (“Koroğlu” dastanının lüğəti)
Giriş şəklində də rast gəlinir.
Bir güc vurdu, iki güc vurdu ki, qollarının ipini qıra bilsin, amma hər dəfə güc vurduqca ip onun ətini kəsib içəriyə girirdi. Dəmirçioğlu başa düsdü ki, onun qollarını mumlu kirislə bağlayıblar. (“Durna teli”)
*
Qoç Koroğlum oxun çəkər girişə,
Müxənnətin nə həqqi var girişə?
Mərd igidin əli yetsə bir işə
Min igidə kömək olur, soltanım!
(Madenadaran əlyazması)
Azərbaycan dastanlarının leksikasıSakitcə, susmuş halda, dinməz-söyləməz. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu dinməzcə atı saxladı. Nigar da dayandı. Qoşun böyüyü qışqırdı:
– Atdan düşün!
Koroğlu kirimişcə aşırılıb atdan düşdü. Sonra da kömək eləyib Nigarı düşürtdü. (“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikası