Başının qabaq tərəfində buynuzu olan iri heyvan. (“Koroğlu” dastanının lüğəti)
Xorasan poladın yaxşısından seç,
Yaxşısı olmasa, yamanından keç,
Hər nəyə vuranda dayanmaya heç,
Ya fil, ya kərgədan, ya şahmar ola.
(“Koroğlunun Dərbənd səfəri”)
*
Ər məhəbbətində ola mötəbər,
Kərgədan bədənli, ağmaya dilbər,
Mərd meydanda bir igidə bərabər.
Doğduğu hünərli bir oğlan ola.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası