1. Möhkəm, yaxşı, səliqəli.
2. Tamam, bütün.
3. Bir ifçin – 4 naldır. (“Koroğlu” dastanının lüğəti)
Elə ki Rövşən Qıratı, Düratı ifçin yəhərləyib, atasının bərabərinə çəkdi, Alı kişi hər şeyi hazır görəndə evə girdi, haman qılıncı gizlətdiyi yerdən götürüb, oğlu Rövşənə verib dedi... (“Alı kişi”)
*
Qıratı ifçin yəhərləyib Koroğlunun qabağına çəkdilər. Elə bil ki, Koroğlunun dili lal olmuşdu. (“Həmzənin Qıratı aparmağı”)
*
Nalbənd heç bir söz deməyib təzədən Qıratın ayağını ölçüb dörd dənə yaxşı ifçin nal kəsib Qıratı nallamağa başladı. (“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıXahiş, rica. (“Koroğlu” dastanının lüğəti)
Atlanıban gələn türkmanlı bəylər,
Qaldırar göylərə tozu bədöylər,
Telli xanım səndən iltimas eylər,
Əcəm oğlu, çəkilgilən bu yerdən!
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Hasanbala”)
*
Bir adam göndərin gəlsin yanıma,
Yetişmədim qoşununa, xanına,
İltimas eləyin nəzər xanıma,
. . . sədəf qollar necə oldu?
(Gürcü əlifbası ilə yazılmış əlyazması)
*
Molla çox yalvarıb iltimas edib dedi:
– Başına dolanım, ağa, bayaq hulqumumdan elə möhkəm yapışdın ki, qorxudan başımı itirib heç bilmədim nə yazdım. İcazə ver, sən istədiyin kimi yazım. (Paris nüsxəsi, 4-cü məclis)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası