Kobud, qanmaz, zırrama, ağzıyava. (“Koroğlu” dastanının lüğəti)
Bu mənalarla yanaşı, dastanda yekə, zorba mənasına da rast gəlinir.
Bu heyvərə oğlu heyvərə bir dəfə məni soyub bütün var-yoxumu əlimdən alıb.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Nigar xanım soruşdu:
– Ay heyvərə, haralısan?
Bəlli Əhməd dedi:
– Ərzurum vilayətindənəm. (Paris nüsxəsi, 4-cü məclis)
Cəfər paşanın bir Qara pəhlivanı var idi. Paşanın yanında qalırdı. Güclü, heyvərə bir pəhlivan idi. (“Koroğlunun Ərzurum səfəri”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıXalq təbabətində müalicə üsulu və qan almaq, qanı sormaq üçün işlədilən buynuzşəkilli alət. (“Koroğlu” dastanının lüğəti)
Gördü, karvanın qavağında bir cavan oğlandı, enni kürəhli, uca boylu, gözəl-göyçək, elə bilginən ağalığın hələ kalıdı, bığlarını həjəmət kürəsi kimi arxaya ötürüf. (“Pərizad xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıər. həzyan
Tərbiyəsiz, ədəbsiz, hərzə, nalayiq sözlər; söyüş // yava, ağzıpərtov. (“Koroğlu” dastanının lüğəti)
Demə mənə bu hədyanın,
Yəqin bil ki, allam canın,
Qılıncla tökərəm qanın,
Savaşaq indi sənnən mən!
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Hədyan demə, Cəfər paşa,
Dəmirçioğlu mənəm, mənəm!
Çəkdirərəm sənə haşa,
Dəmirçioğlu mənəm, mənəm!
(“Koroğlunun Ərzurum səfəri”)
*
Hədyan sözə bəli deməm,
Müxənnət çörəyin yeməm.
Qoy düşman bilsin mən kiməm,
Ballıcaya səfərim var!
(“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikasıər. həlqə, fars. guş – qulaq
Qulağı halqalı (qul nəzərdə tutulur). (“Koroğlu” dastanının lüğəti)
Əgər qaldıra bildi, Qara pəhləvan onun meydanına çıxar, yox, əgər qaldıra bilmədi, onda elə bil bu başdan Qara pəhləvanın əlinin altından keçib ona həlqəbəguş olar. (“Koroğlunun Ərzurum səfəri”)
*
Ərəb pəhləvan Qara pəhləvanın əlinin altından keçib, ona həlqəbəguş oldu. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıƏtraf, dövrə, yan-yörə. (“Koroğlu” dastanının lüğəti)
Bu yeddi ilin ərzində bir tacir, bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. (“Koroğlu ilə Dəli Həsən”)
*
Keşikçilər onu Çənlibelin həndəvərində görüb, tutub Koroğlunun yanına gətirdilər. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Mizraq, süngü.
2. Hədə-qorxu, hərbə-zorba. (“Koroğlu” dastanının lüğəti)
Yağı düşmanın hərbəsi
Qaçırtmaz meydandan məni.
Qorxaq müxənnət zərbəsi
Qaçırtmaz meydandan məni.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Həmzə Dona xanımın hərbə-qadağasını ona dedi. Koroğlu güldü. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası