Tünd kül rəngində olan; dərisi göy və üstündə ağ xalları olan (at haqqında). (“Koroğlu” dastanının lüğəti)
...gördü ki, bir göydəmir atdı, üstündə də bir enni kürəkli, alçax boylu, qırmızı gözdü bir kişidi. (“Pərizad xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikasıYaşıl rəng mənasında. (“Koroğlu” dastanının lüğəti)
“Kitabi- Dədə Qorqud”da yaşıl sözü işlənməsə də, “Koroğlu”da bir neçə yerdə rast gəlinir. Bununla yanaşı, yaşıl mənasında göy sözü də işlənir.
Durub birbaş getdi, göy otun üstündə üzü üstə düşdü. (“Həmzənin Qıratı aparmağı”)
*
Koroğlu atı yançıdar eləyib, göy çəmənə buraxdı, sonra Nigar xanıma dedi... (“Koroğlunun İstanbul səfəri”)
Azərbaycan dastanlarının leksikasıQiymətli daş, cəvahir. (“Koroğlu” dastanının lüğəti)
Yağı düşmanlardan qisas alaram,
Seçibən gövhəri bağlayan mənəm.
(“Koroğlunun Dərbənd səfəri”)
*
Adı Eyvazxan ola, həşt behiştin çəməni,
Sənəti qəssab ola, özü ki, gövhər kanı.
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıAşağı rütbəli inzibati işçi. (“Koroğlu” dastanının lüğəti)
Dialektlərimizdə bu söz icraçı mənasında işlənməkdədir. Türkiyə türkcəsində muxtar anlayışına uyğun gəlir. Müasir Azərbaycan dilində dirilən sözlərdəndr, hazırda Azərbaycan Silahlı Qüvvələrində gizir kiçik komandir rütbəsidir.
Ərəb Reyhan! Mən Koroğluyam. Mən xotkarlardan, vəzirlərdən, gizirlərdən qorxmuram. (“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Giziroğlu Mustafa bəy, doğrudan da qoçaq, qolu qüvvətli bir adam idi. Atası keçmişdə gizir olmuşdu. (“Durna teli”)
*
Gizir Mustafa bəy Qacar öz on iki minlik qoşunu ilə qırx gün Koroğluya qonaq idi. Qonağın sayı çox olduğundan yemək, şərab qurtarmışdı. (Paris nüsxəsi, 7-ci məclis)
Azərbaycan dastanlarının leksikasıBax: girəvə. (“Koroğlu” dastanının lüğəti)
1. Keçid.
2. Keçidlərdə, yollarda qar yığını. (“Koroğlu” dastanının lüğəti)
Qollarına dəmir polad taxdıran,
Düşmanları girvələrdən baxdıran,
Su yerinə qızıl qanlar axdıran
Dəli Həsən bu gün yanımda gərək!
(“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Burulğan.
2. Məcazi mənada: həyatın keşməkeşi, çıxılmaz vəziyyət, ağır qorxulu hal. (“Koroğlu” dastanının lüğəti)
İki dərya arasında gəmim var,
Çıxartmadı bir kənara yel məni.
Mənim yüz min möhnətim var,
qəmim var,
Apardı girdaba saldı sel məni.
(Gürcü əlifbası ilə yazılmış əlyazması)
Azərbaycan dastanlarının leksikası