Döşənəcək (xalça, palaz, cecim və s.).
– Xoca, evə əlvan fərş döşərsən. Altına da ağzı yuxarı zəhərli almas qılınclar qoyarsan. Abbas gəlib keçəndə parçalanıb ölər. (“Abbas və Gülgəz”)
*
Al cavabın deyim, Süsənbər xanım,
Ərş üzünün on iki bürcü-barı var.
Behişti-əlanın ləli-zəbərcət fərşi,
Çox hesabsız huri-qılmanları var.
(“Heydər bəy”)
Azərbaycan dastanlarının leksikasıOğul, övlad.
... Bu cəhətini də ərz eləyim ki, bu şahın heç bir fərzəndi yox imiş. (“Sam şahzadə”)
*
Bağdad şəhərində Firuz adında bir tacir vardı. Bunun malı, pulu həddən aşmışdı, amma heç bir fərzəndi yox idi. Özü də çox qocalmışdı. (“Leyli və Məcnun”)
Azərbaycan dastanlarının leksikasıMələk.
Gedənin gəlməsin, yatanın ölsün!
Fələk əli dəysin, dövranın dönsün,
Firiştələr vursun, ağzı əyilsin,
Sənin bir dərdini bilən olmasın!
(“Abbas və Gülgəz”)
*
Özün şah, aşikar adın həqayiq,
Önüncə cilovdar Cəbrayıl, Pərim!
Dua əfsunudu firiştə zülfün,
Cəmi bəlalardan təfail, Pərim!
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıAyrılıq, fəraq.
Düşübən çəkdiyin bu nə firqətdir?
Oğlan, bir səbir eylə, sirrin duyarlar.
Sinəmdə qövr edən dərddi, möhnətdi,
Oğlan, bir səbir eylə, sirrim duyarlar.
(“ Fərhad və Şirin”)
*
Eşqin firqətindən mən də yanıram,
Baş alıb yanına çölə gəlmişəm.
Sənsiz xar görünür gözümə bağlar,
Elə bil bülbüləm, gülə gəlmişəm.
(“Fərhad və Şirin”)
*
Firqətindən bağrım yara,
Sənsiz günüm keçir qara.
Bəlkə ki, ölüm ayıra,
Oğlan, inan, mən səninəm!
(“Fərhad və Şirin”)
Azərbaycan dastanlarının leksikası