Dördayaq, dördnala, birnəfəsə, çaparaq. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu işdən bixəbər qabaqda, Bolu bəy elə bir az Koroğludan aralancaq atı təzədən döndərdi. Koroğlunu marıtlayıb atı dördəmə buraxdı. (“Koroğlu ilə Bolu bəy”)
*
At bir dəfə fınxırıb dördəmə özünü Koroğluya yetirdi. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıərəb. dimaq – beyin
Kef, əhval, həvəs. (“Koroğlu” dastanının lüğəti)
Məclis qurduram həmişə,
Işrətim, damağım ola!..
Əmliklər çəkdirəm şişə,
Bir ağır yığnağım ola!..
(“Qulun qaçmağı”)
*
Keflər duruldu, damağlar sazaldı. (“Koroğlunun Ərzurum səfəri”)
Damaq olmaq: gözü qalmaq, tamarzı qalmaq. (“Koroğlu” dastanının lüğəti)
İsabalı dedi:
Arpanı götürmə, at damağ olar. (“Koroğluynan Bolu bəy”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası