Əl. (“Koroğlu” dastanının lüğəti)
Ərəb atın üstündə, misri qılınc dəstində,tülək-tərlan şəstində, min bir canın qəsdində, elə süzür, elə süzür ki, elə bil oxdu yayından qopub. (“Durna teli”)
*
Çənlibeldən Ərzuruma gələndə
Cəfər paşa düşdü mənim dəstimə
Axtardım şikarı, yerində tapdım,
Qoymadılar tez yetirəm dostuma.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Mən Hasan paşanın qeyrətinə bələdəm. O da mənim zərbi-dəstimi görüb. (“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikasıNamazdan, bəzən də Quranı ələ alıb oxumaqdan əvvəl yuyunma (üzü, dirsəyə qədər qolu yuma və başın ortasına, eləcə də ayaqların üst tərəfinə su çəkmə) ayini. (“Koroğlu” dastanının lüğəti)
Sonra Koroğlu dəstəmaz alıb namaz qıldı. Namazı qurtarandan sonra “qarı” – deyə arvadı səslədi. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıSüfrə. (“Koroğlu” dastanının lüğəti)
Bəzi Şərq ölkələrində masaya və yemək prosesinə də dəstərxan deyirlər.
Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi, dəstərxanına bir-iki çörək qoyub belinə bağladı, düşdü yolun ağına. (“Həmzənin Qıratı aparmağı”)
*
Dan yeri ağaranda ayağa durdu, dəstərxanını belinə bağladı, sazını çiyninə saldı, əlinə də bir ağac alıb yola düşdü. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıGöz. (“Koroğlu” dastanının lüğəti)
Sənsən Əhməd tacirbaşı,
Tökdürrəm didədən yaşı,
Başlamamış tər savaşı,
Tök malını, get bəzirgan!...
(“Koroğlunun Bayazid səfəri”)
*
Sən məni eylədün naşı,
Axıtdun didəmdən yaşı,
Koroğlunun qoç qardaşı,
Ağlama, Eyvaz, ağlama.
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası