Ağız. (“Koroğlu” dastanının lüğəti)
Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
(“Koroğlunun qocalığı”)
*
Dünyada heç igid yoxsul olmasın,
Yoxsulluq igidə yaman ad olu,
Hər kəsin ki, varı-dövləti olsa,
Ləzzət çəkər, dəhanında dad olu.
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıSığınan, himayə axtaran, kömək istəyən. (“Koroğlu” dastanının lüğəti)
Bolu bəy əsir düşmüş atlıları ilə birlikdə bir müddət Çəmlibeldə qaldı. O, bir gün Nəzər Cəlaliyə dəxil düşüb dedi:
– Səni Allaha and verirəm, Koroğluya de, məni buraxsın. (Paris nüsxəsi, 10-cu məclis)
*
Yavaşca əlini sinəsinə qoyub işarə vurdu ki, Həmzə bəy sənə dəxil düşmüşəm. (Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıAğlı və şüuru yerində olmayan; gic, axmaq, sarsaq, ağılsız. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu gülüb dedi:
– Çoban, Allaha and olsun sənə lağ eləmirəm. Gəl paltarımızı dəyişək, hərgah qayıtsam paltarımı geri alaram, qayıtmasam, geyimlər bir yana, atımın azı iki min tümən qiyməti var, sat ye, mənə də dua elə.
Çoban fikirləşdi ki, yəqin bu dəlidi, dedi:
– Soyun. (Paris nüsxəsi, 3-cü məclis)
İgid, qəhrəman. (“Koroğlu” dastanının lüğəti)
Dəli Həsən Koroğluya yetmiş yeddi cavan, igid, cəngavər qul bağışladı. Onlar bütün mal-dövləti neçə qəflə-qatıra yükləyib, qullarla birlikdə mənzilbəmənzil Qaflan gədiyindən ötüb Azərbaycan torpağına çatdılar. Koroğlu qullara dəli adı vermişdi. Koroğlu ilə Dəli Həsən özləri üçün təmiz, gözəl bir yaşayış məskəni axtarırdılar. (Paris nüsxəsi, 2-ci məclis)
*
Günlərin bir günü Koroğlu yeddi yüz yetmiş yeddi dəlisilə ova çıxmışdı. (Paris nüsxəsi, 4-cü məclis)
*
Qırat burdan getdi büyün,
Sinəmə vurdu dağ, düyün,
Gedib dəllərə nə deyim?
Öl, burada qal, Koroğlu!
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıər. dəlail – dəlil sözünün cəmidir
Nəsihət. (“Koroğlu” dastanının lüğəti)
Xoca Əziz onu yanlayıb başladı dəlil-dəlayil eləməyə ki: “Balam, day bizi niyə söyürsən? Biz nə günahın sahibiyik?” (“Durna teli”)
*
Koroğlu başladı Nigara dəlil-dəlayil deməyə. Amma nə qədər əlləşdisə, Nigarın könlünü ala bilmədi. (“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikasıQısa vaxt, an, ləhzə. (“Koroğlu” dastanının lüğəti)
Sən demə, Bolubəygil də bu dəmdə elə buraları gözdən keçirmişdilər. (“Koroğlu ilə Bolu bəy”)
*
Koroğlu der dəm bu dəmdi,
İslam ləşkəri möhkəmdi,
Savaş bir toydu, bayramdı,
Könül qəmdən açan gəlsin.
(Paris nüsxəsi, 2-ci məclis)
Kef, nəşə. (“Koroğlu” dastanının lüğəti)
Qəmli könül dəmə gəlməz,
Dərdi olan ağlar, gülməz,
Qorxaqlar ər qədri bilməz.
Ağlama, Nigar, ağlama!..
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası