ər. cəzə – fəryad, haray, qışqırıq, bağırtı, fəzə – qorxu, birindən ehtiyat etmə
(“Koroğlu” dastanının lüğəti)
Oğul, cəzə-fəzə eləməkdən bir şey çıxmaz. Keçənə güzəşt deyərlər. (“Alı kişi”)
*
– Ay Koroğlu, niyə bu qədər cəza-fəza eyləyirsən? (“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikasıSivri dəmir ucluqlu qədim silah; mizraq. (“Koroğlu” dastanının lüğəti)
Dəmirçioğlu getdi, qılınc, qalxan, cida, gürz, toppuz götürdü. (“Koroğlunun Ərzurum səfəri”)
*
Koroğlu qayıtmaz tufan salmasa,
Cida işlətməsə, qılınc çalmasa,
Eyvazı əlindən bu gün almasa,
Dişlərini bir-bir qıraram, paşa!
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıQoşqu ləvazimatının atı idarə etmək üçün ağızlığa (kəmə) bənd edilmiş qayışdan ibarət uzun hissəsi. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu Qıratı mindi. Dayın cilovunu Qıratın üzəngisinə bağlayıb yola düşdü. (Paris nüsxəsi, 5-ci məclis)
*
Dəlilər içinə bir vəlvələ düşdü ki, hamısı başladı cilov gəmirməyə. Dəli Həsən hay vurdu Dəli Mehtərə. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası