ərəb. bərr – quru (dəniz müqabili), bəhr – dəniz
“Bütün dünya” mənasında işlənir.
On üç ildi bərri-bəhri seyr etdim,
Şahbazımdan xəbər verən olmadı.
Şan-şövkəti, ləşkəri mən tərk etdim,
Bir yanıma gəlib görən olmadı.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
Azərbaycan dastanlarının leksikasıTacir.
Bazar sözündən yaranıb.
Könül, sənə vəsfi-halım söyləyim,
Yarəb, bu dünyada necolur könlüm?
Hərdən dərviş olur, hərdən dilənir,
Hərdən bəzirgandan xac olur könlüm.
(“Əmrah”)
*
Ay ariflər, heç kəs yalqız olmasın,
Yalqız işə daşdan divar deyərlər.
Bəzirgansan, aç matahın, xird eylə,
Ararlar, yükündə nə var deyərlər?
(“Aşıq Alı və Əsmər xanım”)
*
Buxaranın fitnəkarı bəzirgan,
Sayat bəyin sövdagarı bəzirgan.
Səyalının sehrikarı bəzirgan,
Bu gəlməmiş, boynu sınmış bəzirgan.
(“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikasıfars. bi-, ərəb. mürüvvət
Mürüvvətsiz, insafsız, amansız, rəhmsiz; ədalətsiz.
Ay beymürvət, gəl bir eylə
Bu dərdimə çara, deyim.
Amandı, eşit ərzimi,
Sən şahi-xublara deyim.
(“Abdulla və Cahan”)
*
Zornan aparırlar, görmürsən məni,
O beymürvət atam qoymaz qayıdam.
Heç kəsə getmərəm, gözlərəm səni,
O beymürvət atam qoymaz qayıdam.
(“Baxış-Leyla”)
Azərbaycan dastanlarının leksikasıfars. butə
İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) hazırlanmış qab.
Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali əlaqə rоlunu оynayır. Buta məhəbbət dastanlarında ilahi bir məhəbbətin nümunəsi оlaraq sеçilmiş qəhrəmana – aşiqə aşıqlıq, şairlik istеdadı da bəxş еdir. Dastanlarımızda aşiqə buta vеrilməsi Xızır tərəfindən еşq şərbətinin içirdilməsi ilə başlayır.
Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində behişt misallı bir bağdadı, bunun başının üstündə ceyran misallı gözəl bir qız var. Qız nə qız – qaş kaman, gözlər qan piyaləsi, burun hind fındığı, sinə Səmərqənd kağızı. Baxanın ağlını aparır. Rəsul bir də baxıb gördü, bu qızın yanında bir dərviş var. Dərviş qızın əlini Rəsula uzadıb dedi:
– Rəsul, bu qız tiflisli Xoca Sənanın qızı Şahsənəmdi. Bunu sənə buta verirəm. Çox çəkməz bir-birinizə çatarsız. (“Aşıq Qərib”)
*
Ustadlar deyirlər ki, Irvahım günbəzdə yatıb vağyada gördü ki, Heratda Fətəli xanın qızı Hüreynisə xanımı ona buta veriblər. (“İrvahım”)
*
Ərəb dedi:
– Oğul, qorxma, Sayat pərini sənə, səni də Sayat pəriyə buta verdim. (“Əmrah”)
*
Əsmər qarı gördü, oğlan butə dalısınca gedir. (“Qulam Kəmtər”)
*
Qeys içibən məcnun oldu bu tası,
Ovçu gözlər, ovu maral butası.
Sayat bəydir Səyalının butası,
Açdı rüxsarımı yaman eylədi.
(“Sayat bəy-Səyalı xanım”)
*
Amma qarılardan bir dünyagörmüşü irəli yeriyib dedi:
– Niyə hərəniz bir avaz çəkirsiniz? Bu oğlana heç nə olmayıb, ancaq buta verilib. Heç işiniz olmasın, o özü ayılacaqdır. (“Mahmud-Niyar xanım”)
*
Biçarə Leyliyəm, Məcnundu butam,
Məhəbbət qoymayır dincələm, yatam,
İstərəm sizinlə ünsiyyət tutam,
Mən də sizin təki yara aşığam.
(“Leyli və Məcnun”)
*
Əynində var yaşıl alın,
Çəkilibdi xətti-xalın.
Nə gözəldi gül camalın,
Sən mənim butamsan, butam.
(“Şahzadə Bəhrəm”)
Azərbaycan dastanlarının leksikası