Yemək dərdi çəkmək, qarnını güdmək. (“Koroğlu” dastanının lüğəti)
Düşmüşdün boğaz lovuna,
Yolladın ceyran ovuna,
Qurbanam Eyvaz boyuna,
Gəlmədi Eyvaz, gəlmədi.
(“Koroğlunun Bayazid səfəri”)
Bu qayda ilə. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu olmazın əzab-əziyyətə qatlaşıb bu minvalla səkkiz mənzil yol gəldi. (Paris nüsxəsi, 11-ci məclis)
Bax: bəzirgan. (“Koroğlu” dastanının lüğəti)
Çox imkanlı, varlı-hallı adam haqqında işlədilir. (“Koroğlu” dastanının lüğəti)
Kəndləri, bağları, sürüləri, ilxıları, naxırları, o necə deyərlər, bircə donuzu əskik idi. (“Qulun qaçmağı”)