Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bada

Bax: badə. (“Koroğlu” dastanının lüğəti)

Gətirsinlər içim bada,

Sədrəzəm düşdü oda,

Xan Eyvazım düşdü yada,

Can qəfəsdən uşdu sandım.

              (“Durna teli”) (“Bağdad-Əsəd”)

Azərbaycan dastanlarının leksikası

bağman

Bax: bağban. (“Koroğlu” dastanının lüğəti)

Dəlilər sana düzülər,

Əlim əlindən üzülər,

Bağman ölsə, bağ pozular,

Məntək gülü solan yoxdu.

                         (“Eyvazın Çənlibelə gətirilməyi”)

                         *

Əndamı gümüşdən, kağızdan ağdı,

Sinəmə çəkdiyi düyündü, dağdı.

O qoynunun içi cənnətdi, bağdı,

Qədir bilən bir bağmana yaraşır.

                         (“Koroğlunun Ərzurum səfəri” (“Dəli-Həsənbala”)

Azərbaycan dastanlarının leksikası

bahadır

Bax: bahadur. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

bargah

Bax: barigah. (“Koroğlu” dastanının lüğəti)

 

Azərbaycan dastanlarının leksikası