Ala, ala rəngli (göz haqqında).
Gözlərin şəhladı, qaşların qara,
Müjganın vurubdu sinəmə yara.
Sənsiz bu dərdimə kim eylər çara,
Gözüm gördü səni, gözəl Şirinim.
(“Fərhad və Şirin”)
*
Sevdim bir bəylər xasını,
Gözəllərin şəhlasını.
Şirinin hər bəlasını,
Fərhad cana qayil eylər.
(“Fərhad və Şirin”)
*
Bir mina gərdənli, durna boğazlı,
Bir alma yanaqlı, bir şəhla gözlü,
Tuti danışıqlı, qumru ağızlı,
Şirin dili canım aldı, Koroğlu!
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıGünəş.
Şəms-qəmər (günəş və ay). Şərq ədəbiyyatında gözəlin camalına bənzətmə kimi işlənir.
Bir bədən gördüm bu gün əl-ayağı yeddidi,
Qırx səkkiz qanadı var, şəmsi çırağı yeddidi.
(“Şəmşir və Sənubər”)
*
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin.
Doğmusan şəmsü qəmər,
Gül dildarın yazdı, gəlin.
(“Şah İsmayıl”)
*
Bircə dindir Dəmirçioğlunun özünü,
Şəmsü qəmər kimi göstər üzünü,
Qoy öpək Qıratın dırnaq, gözünü,
Gün kimi aləmə yayıl, Eyvazım!
(“Durna teli”) (“Bağdad–Əsəd”, “Bağdad–Əli”)
Azərbaycan dastanlarının leksikasıQılınc.
Şahların şahıynan çıxaydı ova,
Qüdrət şəmşirini gətirsin sova,
Gecə-gündüz Abbas eyləsin dua,
Haqdan uzun olsun ömrü bu bəyin!
(“Abbas və Gülgəz”)
Mərd igidlər çəkər hoyu,
Kəskindi şəmşirin soyu,
Sizsiz Koroğlunun oyu,
Xocam, səni səfa gördük.
(Paris nüsxəsi, 7-ci məclis)
Azərbaycan dastanlarının leksikasıŞahmat.
Bəylər oynar şətrəncini, nərdini,
Kimsə bilməz ürəyimin dərdini,
Çox çəkmişəm bu dərdlərin dördünü,
Qoy çəkəyim, bunun ilə beş olsun!
(“Əsli və Kərəm”)
*
Duruban söygilən narınc, turuncu,
Gəl şadıman eylə könüldə rənci.
Gəl oyna aşıq-qoz, gah da şətrənci,
Gah istəsən tökək içək çay, quzu.
(“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikası1. Sınıq, sınıq qəlbli.
2. Aciz.
Oldum bir gözəlin payi-bəstəsi,
Həm yar ənsuru, dil şikəstəsi.
(“Sam şahzadə”)
Dərhal başından ağ əmmaməni çıxarıb yerinə bir şikəstə qəcəri qoydu. Ağ əbanı da çıxarıb qara mahutdan olan qızılbaş köynəyini geydi.
(Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası