Əlləri ilə bir şeyin ətrafını tutmaq, əlləri arxadan bir-birinə bağlamaq. (“Koroğlu” dastanının lüğəti)
Qoşun gəlib, indi səni tutarlar,
Qollarını dal gərdəndə çatarlar,
Qul deyibən Həbəşədə satarlar,
Var get, əcəm oğlu, durma bu yerdə!
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıAşılanmış göndən tikilən kəndli ayaqqabısı. (“Koroğlu” dastanının lüğəti)
O necə deyərlər, çəkdi çarığının dabanını, qırdı yerin damarını, günə bir mənzil, az getdi, üz getdi, dərə-təpə düz getdi, günlərin birisində gəlib Çənlibelə çatdı. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıDialektlərdə: 1) yorğan-döşəyin içərisində işlənib xarab olmuş yun; 2) yun daranarkən darağın dişlərində qalan yararsız hissə. (“Koroğlu” dastanının lüğəti)
Dastanda çöpüklü – “qıllı”, “tüklü” mənalarında işlənir.
Bir az sonra Həsən xan, paşa da yanında, xalxala gəldi. Paşa baxdı ki, xalxalda iki uzun ortalı, arıq, çöpüklü day bağlanıb. (“Alı kişi”)
*
Bir paşanın xatırına məni kor elədin, indi heç olmasa bu iki çöpüylü qulanısa da mənə ver. (“Alı kişi”)
Azərbaycan dastanlarının leksikası