1. Toyuğun dənliyi.
2. Xirtdək, boğaz. (“Koroğlu” dastanının lüğəti)
Dastanda 2-ci mənada işlənir.
Kişi gördü ki, bu, o dəyirmançılardan deyil. Bir az da oyan-buyan eləsə, çəkib çəçənəyini ayıracaq. (“Həmzənin Qıratı aparmağı”)
*
Bir istədi ki, elə əlini uzadıb tutsun paşanın xirtdəyindən, çəkib çəçənəyini ayırsın. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıNəfəs borusuna bir şey düşməsi nəticəsində təngnəfəs olmaq, boğulmaq. (“Koroğlu” dastanının lüğəti)
Qarı böyük bir tikə götürüb tələsik ağzına təpdi, udmaq istəyəndə düyülərdən biri boğazında qaldı. Qarı çeçəyib öskürməyə başladı. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıƏqrəb. (“Koroğlu” dastanının lüğəti)
Qeyd: Elmi ədəbiyyatda əqrəb (scorpion) və çayan (scolopendra) fərqləndirilsə də, bədii ədəbiyyatda eyni məfhum kimi qəbul olunur.
O necə deyərlər, ilan vuran yatdı, çayan vuran yatdı, Nigar xanım yata bilmədi. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Fərmanları, qərarları, hökmləri uca səslə camaata elan edən şəxs.
2. Aşağı rütbəli məmur.
3. Zəvvarları müşayiət edən, onların yola düşməsini və gəlməsini uca səslə camaata xəbər verən şəxs. (“Koroğlu” dastanının lüğəti)
Dialektlərdə həmçinin “başçı” mənasında işlənir.
Nigar xanım dedi:
– Qızlar, çavuş məndən qorxub, dil dodağı quruyub. Yazıqdı, mumyaya bir az yağ qatın, ona verin yesin, özünə də deyin ki, xanım deyir canına yazığı gəlsin, başını götürüb buradan qaçsın, yoxsa onu öldürəcəyəm. (Paris nüsxəsi, 4-cü məclis)
*
Koroğlu dedi:
– Yaz ki, çavuş Rövşəni Məkkədən sənin yanına yollayıram. Belə mömün, namaz qılıb oruc tutan, orucunu yeməyin, halal-haram bilən bir cavan yer üzünə gəlməyib. Mənə necə xidmət edirdinsə, ona da elə qulluq göstər. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası