Çarşab sözünün əsli.
Prof. B.Əhmədov “Etimologiya lüğəti”ndə çarşab sözünün çadır və şəb sözlərindən əmələ gəldiyini, “gecə çadırı”, “qara çadır” mənası verdiyini yazır.
Zalım Kürdoğlu qılıncı çevirib, onu öldürdü. Tez bir çadirşəbin arasına büküb sandığa qoydu. (“Şahzadə Əbülfəz”)
Azərbaycan dastanlarının leksikasıÇahar sözünün təhrif olunmuş şəklidir, “dörd” deməkdir.
Dastanlarda hər iki formada: həm çar, həm çahar kimi işlənir.
Vətənimdən etdin məni didərgin,
Çərxin dönsün, fələk, Heydərim ağlar!
Bu duman, bu çiskin, bilməm ki, nədi,
Çar tərəfin nədən qar alı, dağlar?
(“Aşıq Qərib”)
Azərbaycan dastanlarının leksikasıBöyük baş yaylığı.
Ara ipəyi dördqat ipək telindən ibarət olduğu üçün çarqat (çahar qat) adlanır.
Nigar xanım o saat Pəri xanımın çarqatına bircə qırnıq sürmə çəkdi. (“Qurbani”)
*
O zəhri zülfləri, köksündə çəprəs,
Zər zərbab üstündən ətlası çərkəs,
Yaxası mürəssə, çatqısı gülgəz,
Çarqatının ucu sürmələnibdi.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıBax: çarqat.
Pəri xanımın genə ürəyi durmayıb, yendi Tapdığın yanına, başından ipək çarğatı açıb, onun başını sarıdı, götürdü otağa, bir həkim çağırıb, yarasını sağaltdı. (“Alı xan”)
*
Çarğatını da kolun başına atıb, asta qaçan namərddi, meşə ilə qaçmağa başladı. (“Alı xan”)
Azərbaycan dastanlarının leksikasıQapalı bazar.
Qurbanidi mənim adım,
Mövlamdan aldım muradım.
Sinəndi çarşım, bazarım,
Şəkərə, nabata gəldim.
(“Qurbani”)
*
Kim eşitsə sənin ah ilə zarın,
Tərk eləyər əldə olanın, varın,
Nöçün xarab oldu çarşı-bazarın,
Ağıl irməz o xudanın işinə.
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası