Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

novella

ital. novella – yenilik

Gözlənilməz sonluqla bitən hekayə.

Ədəbiyyatşünaslıq termini kimi bu sözün mənşəyi XIII əsr italyan nəsrinə aid olan “Novellino” (100 qədim no­vella) məcmuəsi ilə bağlıdır. Dünya ədəbiyyatında novella janrının ən görkəmli nümayəndələri fransız yazıçısı Gi de ­Mo­pa­s­san və Amerika yazıçısı O.Henri sayılır. Azərbaycan ədə­biy­­yatında C.Məm­mədquluzadənin “Qurbanəli bəy”, Ə.Haq­­verdiyevin “Bomba” hekayələri bu janrın nümunələridir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

obraz

rus. oбраз – görünüş

1) Ətraf aləmin, ideyaların müəyyən estetik prinsiplər əsasında bədii inikası.

Bədii yaradıcılığın ümumi kateqoriyası olan obraz romantizmrealizm, eləcə də müxtəlif ədəbi cərəyanların estetikasında fərqli şəkildə şərh olunur. Romantizmə görə, obraz reallıqdan nə qədər uzaqdırsa, bir o qədər güclü və gözəldir. Ona görə də romantiklər obrazın əsasında müəllif fərdiliyinin və subyektivizmin dayandığını iddia edirlər. Realizmdə isə, ­ək­sinə, elə hesab edilir ki, əsərdəki bədii ifadə və təsvir ­va­sitələri obrazın obyektiv reallığa adekvatlığına mane ol­ma­malıdır. Sürrealistlər bu ideyanı daha da inkişaf etdirirlər: “bədii həqiqət – yeddiyə vurulmuş reallıqdır”.

2) Bax: personaj.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti