Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şəhrəngiz

Qədim və orta əsrlər Şərq poeziyasında, o cümlədən Azərbaycan ədəbiyyatında şəhәr hәyatının, mәişәtinin, müxtəlif sənət adamlarının tәsviri vә tәrәnnümü ilә bağlı şeirlәr.

Ş.-lәrin vahid forması yoxdur. Onlar, әsasәn, rübaiməsnəvi şәklindә yazılır. Bu şeirlərdə şәhәrin gözəl yerlәri tәsvir edilir, şәhәr sakinlәri peşә vә maraqlarına görә səciyyәlәndirilir. Ədəbiyyatımızda ilk Ş. nümunələrinə Mәhsәti Gәncәvinin yaradıcılığında rast gəlinir. Q.Zakirin “Şuşalılar” әsәri satirik sәciyyәli Ş.-lər sırasına daxil edilә bilәr.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şəxsləndirmə

Bədii ifadə vasitəsi: insana xas keyfiyyətlərin cansız varlıqlara və ya heyvanlara aid edilməsi.

Canlı danışıq dilindəki “yaz gəldi”, “ürәyim atlandı” kimi ifadәlәr Ş. sayılır. Ş. bir sıra məcazüslubi fiqurlarda tətbiq olunan üsulun ümumi adı kimi çıxış edir. Məsələn, alleqoriyada mücərrəd anlayışın heyvan obrazı ilə əvəz olunması, bəzi metaforlarda insana xas əlamətin heyvan üzərinə köçürülməsi, ritorik sualda və ritorik müraciətdə cansız əşyaya sual verilməsi və ya müraciət edilməsi Ş.-dir. “Koroğlu” dastanında baş qәhrәmanın Qırata və Misri qılınca müraciətlә dediyi şeirlәrdә bu bәdii ifadә üsuluna rast gәlirik.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şərhçilik

Ədәbiyyatşünaslıqda filoloji tәdqiqat janrı; hermenevtika.

Ədəbiyyatımızda ilk görkәmli nümayәndәlәrindәn biri mәşhur “Şәrhül-hәmasә” әsәrinin müəllifi Xәtib Tәbrizidir. Ş. mətnşünaslıqla sıx bağlıdır. Bura әdəbi abidənin әn mükәmmәl nüsxәsinin seçilmәsi, onun mәtninin mənalandırılması, aydın olmayan hissәlәrin konyekturası, mәtnin yaranma tarixinin araşdırılması daxildir. XIX әsrdәn etibarәn Ş. Azәrbaycan әdәbiyyatşünaslığında daha geniş yayılıb vә onun elmi bazası xeyli qüvvətlənib. Mirzә Kazımbәyin klassik Şərq ədəbi nümunələri ilə bağlı yazdığı geniş vә әhatәli şərhlәr bu filoloji janrın milli әdәbiyyatşünaslıqdakı güclü inkişafından xәbәr verir. F.Köçәrlinin bir sıra mәqalәlәri dә bilavasitə şәrhçilik-mәtnşünaslıq aspektindәdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şərhi-hədis

Dini mәzmunlu, süjetli şeir parçaları.

Qafiyә quruluşu, әsasәn, məsnəvidә olduğu kimidir. Ş-H.-də peyğəmbәrin hәdislәrindәn birinin şәrhi verilirdi. Belә şeir parçalarını şәrti olaraq iki hissәyә ayırmaq olar. Birinci hissәdә Məhəmməd peyğəmbərin hәdisinin qısa mәzmunu verilir, bunun ardınca isә şairin didaktik xarakterli tәfsiri gəlir. Ş-H.-lərdə dini mövzu müasir həyatla, әxlaq vә mənәviyyat problemləri ilә, ictimai inkişaf vә tәrәqqinin zәruriliyi ilә әlaqәlәndirilir. Şair bir tәrəfdәn peyğәmbәrin nәsihәt vә kәlamlarının, habelə ibrәtamiz hekayәtlәrinin bütün dövrlәr üçün müasirliyini göstәrir, o biri tәrәfdәn isә hәmin hәdisdәn çıxış edәrәk özünün bir sıra nәsihәtamiz ideyalarını oxuculara çatdırır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şüur axını

ing. stream of consciousness, rus. potok soznaniya

XX əsr ədəbiyyatının, əsasən, modernist istiqaməti üçün xas olan bədii üsul: daxili monoloqlar vasitəsilə qəhrəmanın iç dünyasına nüfuz edilməsi.

Müəllif hiss və həyəcanların, fikirlərin, təəssüratların, assosiasiyaların bir-birinə qarışması, eləcə də sintaksisin nizamsızlığı, kəsikliyi vasitəsilə şüurun mental tərəfini canlandırmağa çalışır. Ş.A. anlayışı Amerika idealist filosofu Uilyam Ceymsə məxsusdur. O hesab edirdi ki, şüur fikirlərin, təəssüratların, xatirələrin, gözlənilməz assosiasiyaların, məntiqsiz, əcaib şəkildə bir-birinə qarışdığı çay axınıdır. M.Prust, V.Vukf, Q.Markes və C.Coysun romanları Ş.A. üsulunun klassik nümunələri hesab edilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti