Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

gözətçi iti

Hökumətin, sosial xidmətlərin, iqtisadi qurumların qanunsuzluqlara yol verməməsinə, səhv qərarlar çıxarma­ma­sına nəzarət edən və belə hallar barədə cə­miyyəti xəbərdar edən təsisatlar, habelə onların əməkdaşlarına verilən ad.

G.İ. de­dikdə Qərbdə, əsasən, cəmiyyətin ma­raq­larını qoruyan mediajurnalist nə­zərdə tutulur. Terminin mahiyyəti ondan ibarətdir ki, jurnalistlər ictimai maraqların keşiyində dayanmalı, bu maraqlara təh­lükə yarandıqda cəmiyyəti duyuq salmalı, toplu­mu gözlənilən ciddi təhlükələrdən xəbər­dar etməlidirlər. Media həmin və­zifəni rəsmi şəxslərin bəyanatlarının hə­qiqətəuyğunluğunu yoxlamaqla, mühüm prob­­lemlərə dair analitik yazılar hazır­la­maqla, jurnalist təhqiqatı həyata keçir­mək­lə və s. üsullarla yerinə yetirir.

Jurnalistika terminləri lüğəti

gündəlik

1. Ədəbiyyatda və jurnalistikada hadisələrin başvermə tarixinə, xronikasına  uyğun ola­raq kiçikhəcmli hissələrə bölün­müş əsər və materialların janrı.

G.-də qəhrəmanın hə­yatından səhnələr, onun hisləri və fikirləri təsvir edilir. 

2. Hər hansı tədbirdə, toplan­tıda müzakirəyə çıxa­rıl­ması nəzərdə tutulan məsələlərin, plan­laşdırılmış çıxış­ların siyahısı.

3. Müəyyən fəaliyyət sa­həsində gün ərzində baş vermiş hadisələr barədə auditoriyanı məlu­mat­landıran nəşr, veriliş, yaxud rubrika; məs.: gündəlik qəzet, «parlament gündəliyi», «idman gündəliyi». 

4. İnsanın daimi müşahidələrini, hər hansı prosesin gedişini, yaxud şəxsi həyatında baş verənləri ardıcıl olaraq qeydə aldığı sənəd

5. Kompüterdə gö­rü­ləcək işlərin günlər üzrə bölgüsünü apar­ma­ğa imkan ve­rən xüsusi proqram

6. Küt­ləvi informasiya vasitəsinin diqqət mərkəzində saxla­dığı fakt, mövzu; məs.: medianın ­gün­dəliyində olan problem.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

güzəştli ödəniş

Reklamı, hər hansı digər materialı yaymaq üçün kütləvi informasiya vasitəsinin sifarişçidən təyin olunmuş ümu­mi qiymətlərə nisbətən aşağı haqq al­ması.

G.Ö. müəyyən şərtlər daxilində (davamlı əməkdaşlıq, qarşılıqlı xidmət və s.), yaxud sifarişçinin fəaliyyətini stimul­laşdırmaq üçün tətbiq olunur; məsələn, sosial elanlara böyük güzəşt tətbiq et­mək­lə əhalinin geniş məlumat­landırıl­ma­sına şərait yaradılır; yerli malların rek­lamına görə xarici malların reklamından iki dəfə aşağı qiymət təyin etməklə daxildə kiçik biznesin inkişafına yardım göstərilir və s.

Jurnalistika terminləri lüğəti

güzgü çapı

Mətnin, şəklin maddi daşıyıcı üzərində güzgüdə olduğu kimi çevrilmiş formada çap üsulu.

Tarixən poliqrafiyada, demək olar, bütün çap texnologiya­la­rında bu üsuldan istifadə edilib. Ona görə də çap qəlibləri mətnin, şəklin güzgüdə əksi qay­dasında hazırlanıb. XX əsrdə ofset ixtira edildikdən sonra birbaşa çap üsulu daha geniş yayılıb.

Jurnalistika terminləri lüğəti