İşıqlandırmanın estetik qavrayış xüsusiyyətləri, funksionallıq, istifadəyə yararlılıq və səmərəlilik baxımından mühüm keyfiyyətləri nəzərə alınmaqla planlaşdırılması və layihələndirilməsi; dizaynın bir növü.
İ.D. televiziya studiyalarının, pavilyonların və s.-nin vizual görünüşünə, çəkiliş keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Həmçinin bax:
İşıq selinin, yaxud spektrin bir hissəsinin qarşısını kəsmək, onu ayıraraq intensivliyini dəyişmək üçün istifadə olunan optik qurğu.
Belə filtrlər işıq effektləri yaratmaq, parlaqlığı azaldıb-artırmaq, işığı balanslaşdırmaq və s. məqsədlərlə tətbiq edilir. İ.F. işıq selinin istiqamətinə və düşmə bucağına təsir göstərmir, obyektivə və ya birbaşa kameraya quraşdırılır. Elektron avadanlıqların çoxunda filtr rolunu xüsusi proqramlar yerinə yetirir.
Jurnalistika terminləri lüğəti1. İşıq selinin optik xüsusiyyətlərindən, yayıldığı mühitin keyfiyyətindən asılı olaraq onun gücünün, istiqamətinin və s.-nin tənzimlənməsi.
İ. foto, video və kinoçəkilişin yüksək keyfiyyətini təmin etmək üçün mühüm texniki şərtlərdən biri, eyni zamanda güclü bədii təsvir vasitəsidir.
2. Müəyyən hadisənin, faktın, problemin kütləvi informasiya vasitələrində təsvir olunması.
Hər hansı tədbiri, yaxud məsələni işıqlandırmaq onun haqqında məlumatı kütləviləşdirməyə xidmət edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiTamaşaçının, yaxud dinləyicinin özünü həmin anda fərqli məkanda baş verən hadisənin iştirakçısı kimi hiss etməsi, habelə buna imkan yaradan media texnologiyaları.
Belə texnologiyalardan radioda, televiziyada, internetdə istifadə olunur. Onlardan bəziləri (məsələn, videokonfranslar) tamaşaçının, dinləyicinin hadisə iştirakçıları ilə interaktiv əlaqə qurmasına da şərait yaradır. İ.E.-nin virtual reallıqdan mühüm fərqi bunun xəyali aləmdə deyil, gerçək həyatda baş verməsidir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. camera – otaq
1. Şəxsin, hadisənin təsvirlərini çəkmək üçün həmin şəxsin və ya hadisə iştirakçılarının xəbəri olmadan istifadə edilən kamera.
Kamera çəkiliş obyektinin görmədiyi yerdə qoyulduğu, yaxud başqa əşyaların içərisində, üzərində quraşdırıldığı üçün «gizli» adlanır. Yüksəkkeyfiyyətli ultraminiatür G.K. hətta ən adi məişət əşyalarında – qələmdə, eynəkdə, saatda quraşdırıla bilər.
2. Sənədli filmlərin, verilişlərin, süjet və fotoşəkillərin təsviri alınan şəxslərin və ya hadisə iştirakçılarının özlərindən xəbərsiz çəkiliş üsulu.
G.K. üsulu jurnalist təhqiqatlarında ictimai əhəmiyyətli informasiya əldə etməyin başqa yolu qalmadıqda, yaxud təbiiliyə nail olmaq məqsədilə çəkiliş obyektinə hiss etdirilmədən tətbiq olunur. Televiziyada realiti-şou proqramlarında da iştirakçıları qeyri-adi vəziyyətlərdə yaxalamaq üçün G.K. üsulundan spesifik formada istifadə olunur: iştirakçılar həyatlarının bir çox məqamlarının lentə alındığını bilirlər, amma bunun nə zaman, hansı şəraitdə baş verdiyindən xəbər tutmurlar.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. reclamare – təsdiq etmək, qışqırmaq
Kütləvi informasiya vasitələrində, filmlərdə, digər materiallarda istehlakçının şüuruna təsir göstərməklə onun diqqətini reklam obyektinə yönəldən, lakin reklam qismində təqdim edilmədən və müvafiq qeydi olmadan yayımlanan məlumat.
Bir çox hallarda G.R. oxucunun (tamaşaçının, dinləyicinin) şüuruna özünün dərk etmədiyi üsullarla təsir göstərir. Azərbaycan qanunvericiliyində G.R. qadağandır. G.R. nəticəsində istehlakçıya dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyəti subyekti tərəfindən ödənməlidir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. Global System for Mobile Communications
«Mobil kommunikasiyalar üçün qlobal sistem» terminindən törəmiş abreviatur; rəqəmsal kommunikasiya sistemi, qlobal mobil rabitə texnologiyası və standartı.
Bu texnologiya 1980-ci illərin sonlarında yaradılıb, 1991-ci ildə Avropada ilk GSM şəbəkəsi fəaliyyətə başlayıb. GSM Assosiasiyasının məlumatına görə, 2014-cü ilin sonunda o, dünya mobil rabitə bazarının 82%-ni əhatə edib, iki milyarddan artıq insan tərəfindən daimi istifadə olunub. GSM texnologiyası informasiyanın, səsin, qısa xəbərlərin (SMS), faksimilelərin ötürülməsi, çağıran nömrənin müəyyənləşdirilməsi, gizlədilməsi, zəngin başqa ünvana yönləndirilməsi, gözləmə rejiminə keçirilməsi, rouminqə, beynəlxalq danışıqlara qadağa qoyulması və bu kimi çoxsaylı mobil rabitə xidmətlərinin göstərilməsini təmin edir.
Jurnalistika terminləri lüğəti