Ödənişsiz foto və video paylaşma proqramı.
Sosial şəbəkə elementlərinə malik İ. telefon və digər mobil qurğularla müxtəlif filtrlərdən istifadə etməklə şəkil və videosüjetlər çəkməyə, onları dərhal yaymağa imkan verir. Proqram 2010-cu ilin oktyabr ayından istifadədədir.
Jurnalistika terminləri lüğətiing. gender < lat. genus – növ, cins + lat. diurnalis, diurnale – gündəlik xəbər
Sosial sistemdə qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar yaradılması kimi prosesləri işıqlandıran ixtisaslaşmış jurnalistika sahəsi.
Qadın hüquqlarının müdafiəsinə yönəlmiş siyasət və dövlət qurumlarının gender bərabərliyinə yanaşması, rəhbər vəzifələrdə qadınların təmsil olunması, qadınlar üçün iş imkanlarının genişləndirilməsi, qadınların işdə, məişətdə zorakılıq və təqibdən qorunması, qadın həmrəyliyinin stimullaşdırilması və s. məsələlər G.J.-nın əsas mövzularıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. installation – yerləşdirmə, quraşdırma
1. Proqram təminatının istifadəçinin kompüterinə quraşdırılması prosesi.
2. Müxtəlif elementlərdən quraşdırılmış geniş kompozisiya, müasir sənət növü.
İ.-lardan dekorasiyalarda, studiyaların qurulmasında da istifadə olunur.
Jurnalistika terminləri lüğətiVahid zaman kəsiyində modemdən istifadə ilə müqayisədə daha böyük həcmdə informasiya ötürməyə imkan verən yüksəktezlikli, çoxtutumlu rabitə xətti.
Dünyanın müxtəlif yerlərində G.R.-nin fərqli standartları var və bu standartlar sürətlə dəyişir; məsələn, 2012-ci ilin sonlarında ABŞ-da G.R.-nin sürəti 7,2 Mbit/san (dünya üzrə orta göstərici – 2,8 Mbit/san) təşkil edirdi. 2015-ci ildə isə ABŞ Federal Rabitə Komissiyası G.R. anlayışına yeni izah verdi: «Amerikada yalnız yüklənmə sürəti saniyədə azı 25 meqabit, göndərmə sürəti saniyədə 3 meqabit təşkil edən rabitə xətti genişzolaqlı hesab edilə bilər».
Jurnalistika terminləri lüğətiAuditoriyanın əqli və mədəni inkişafına xidmət edən teleradio verilişləri, disputlar, müsabiqələr, viktorinalar.
«İntellekt» latın sözü olub qavrama, anlama deməkdir. Belə proqramlar da insanların qavrama və təhlil bacarığını artırmaq, onları maarifləndirilmək kimi məqsədlər güdür.
Jurnalistika terminləri lüğətiAbonentin tələbi ilə mətnli, qrafik və digər informasiyaların yayımı.
Bu cür verilişlər birbaşa abonentin televizorunun, yaxud displeyinin ekranına ötürülür. Abonent telefon və ya kabel xətti ilə yaradılan qarşılıqlı əlaqə sayəsində evdən çıxmadan istədiy malı ala, müxtəlif əməliyyatları icra edə bilir. Bəzi ölkələrdə hətta seçki kampaniyalarında səs vermək üçün də İ.T.-nın imkanlarından istifadə olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. interactive – qarşılıqlı əlaqə
Qarşılıqlı informasiya mübadiləsinə əsaslanan ünsiyyət forması, kommunikasiya növü.
İ. sistemin elementləri arasında dialoqun olmasını nəzərdə tutur; məsələn, internetdə bu, «istifadəçi – istifadəçi», «istifadəçi – kompüter» sxemi üzrə, çatlar, forumlar, telekonfranslar və s. vasitəsilə baş verir. Televiziya və radioda İ. – verilişin gedişində izləyici və dinləyicilərlə birbaşa əlaqənin yaradılması, habelə digər üsullarla təmin edilə bilər. Bu termindən daha çox mediada, informatikada, proqramlaşdırmada, sosiologiyada istifadə olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. inter – ara
Təbii səslər; ətraf mühit haqqında tamaşaçıya, yaxud dinləyiciyə əlavə məlumat verən, kadra və ya verilişə təbiilik gətirmək üçün istifadə olunan akustik element.
İ., bir növ, səsin «arxa plan»ıdır, ona bəzən «natura küyü» də deyilir. Televiziya çəkilişində İ., adətən, kameraya quraşdırılmış mikrofonla ayrıca səs cığırına yazılır. Pəncərəsi açıq otaqda çəkiliş zamanı küçədən eşidilən səslər İ.-ə misaldır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. interligne – sətrin arasında yazılan
Qonşu sətirlər arasında məsafə.
İ. bir sətrin baza hissəsindən (hərflərin düzüldüyü xətdən) digər sətrin baza hissəsinə qədər olan məsafə ilə ölçülür, keqlin və şponun ümumi hündürlüyünə bərabərdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiGənclərdən ibarət auditoriya üçün nəzərdə tutulmuş ixtisaslaşmış qəzetlər, jurnallar və digər çap kütləvi informasiya vasitələri.
G.Ü.N.-də, əsasən, 15–30 yaşlı insanların daxil olduğu əhali qrupunu maraqlandıran mövzulara, əyləncəli materiallara üstünlük verilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiGənclərdən ibarət konkret hədəf auditoriyası, efirdə daimi yeri olan xüsusi radio və televiziya verilişləri.
G.P. gənclərin dünyagörüşünün artırılmasına, estetik zövqünün inkişafına xidmət edir, onları düşündürən müxtəlif problemlərə (təhsil, iş və s.) həsr olunur.
Jurnalistika terminləri lüğətilat. inter – qarşılıqlı, birgə + ing. network – şəbəkə
Standartlaşdırılmış protokollardan istifadə edərək geniş informasiya və kommunikasiya xidmətləri göstərən qlobal kompüter şəbəkəsi.
İ. məlumat mənbəyini və onun istehlakçılarını vahid informasiya məkanında birləşdirir. İ.-də bütün məlumatlar növündən asılı olmayaraq (mətn, səs, foto, video və s.) rəqəmsal formatda verilir. Bu texnologiya ARPAnet layihəsi çərçivəsində ABŞ Müdafiə Nazirliyində yaradılıb və ilk dəfə 1969-cu ilin oktyabrında iki kompüter şəbəkəsi arasında rabitə seansı keçirilib. Əvvəllər hərbi, inzibati və elmi mərkəzlərdə tətbiq edilən İ. tədricən açıq istifadəyə verilib və dünya informasiya mühitində çevriliş yaradıb. Özü ayrıca kütləvi informasiya vasitəsi olan İ. digər KİV-in inkişafı üçün də geniş imkanlar açıb, yeni media məhsullarının və strukturlarının formalaşmasına səbəb olub. Azərbaycanda İ.-in istifadəsinə 1993-cü ildən başlanıb, ilk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti