Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

əks-reklam

lat. reclamo – qışqırıram

1. Yolverilməz reklamı təkzib etmək və onun doğurduğu nəticələri aradan qa­l­dırmaq üçün yayılan reklam.

Yol­veril­məz reklam yayıldıqda buna görə mə­suliyyət daşıyan tərəflər dövlət orqanlarının mü­əyyən et­diyi müddətdə öz hesablarına Ə-R. həyata keçirməyə, istehlakçıya dəyən zərəri ödə­məyə borcludurlar. Ə-R.-ın məz­munu, mə­ka­nı, daşıyıcıları, müddət və ya­yılma üsul­ları onun verilməsi barədə qərar çıxarmış döv­lət orqanı ilə razı­laş­dı­rıl­ma­lı­dır.

2. Bax: antireklam.

Jurnalistika terminləri lüğəti

xarici xəbərlər

Ölkədən kənarda baş ve­rən, dünyada ciddi rezonans doğuran mü­hüm hadisələr haqqında məlumatlar.

X.X. media orqanının xarici müxbirləri, ezam edilmiş xüsusi müxbirləri tərəfindən hazır­lana, xarici mənbələrdən alına, yaxud digər KİV-dən götürülə bilər. Olduqca geniş informasiya axını içərisindən istifadə et­mək üçün xəbər seçərkən KİV faktın, yaxud ha­disənin ictimai-siyasi əhəmiyyətini, onun öz auditoriyası üçün önəmini, fəa­liyyət gös­tər­diyi ölkəyə, regiona təsirini nəzərə alır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

xarici mənbə

1. Ölkənin hüdudlarından kənarda yerləşən istənilən informasiya qaynağı, yaxud ölkədə fəaliyyət göstərən, yayılan xarici kütləvi informasiya vasitəsi.

Hər bir vətəndaşın X.M.-lərdən bir­ba­şa məlumat əldə etmək hüququ var. Xarici ­in­formasiya mənbəyi təşkil edən ­te­­le­viziya, radio proqramlarının bilavasitə qəbulu­nun və dövri mətbu nəşrlərin ­ya­­yıl­­masının məh­­­dudlaşdırılmasına döv­lət­­lərarası mü­qa­vilələrdə və daxili qa­nun­vericilikdə  ­nə­zər­də tutulmuş hallarda yol verilir.

2. İstənilən idarə, təşkilat və mü­əssisənin, o cümlədən media orqanının bi­lavasitə tabeliyində olmayan informa­siya qay­nağı.

KİV-in digər nəşrlərdən, sənədlər­dən, hesabatlardan, statistik top­­lu­lar­­dan, inter­netdən götürüb istifadə et­­diyi mə­lumatlar, habelə ekspert rəy­ləri, reklam və elanlar X.M.-dən alınmış informasiya he­sab edilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

xarici siyasət sahəsində sirr

Ölkənin xarici siyasətinə aid olan və dövlət sirri ­təş­kil edən məlumatlar toplusu.

Azər­bay­canın xarici-siyasi və xarici-iqtisadi fəa­liy­yəti, di­gər ölkələrlə hərbi, elmi-texniki və başqa formada əməkdaşlığı haqqında in­forma­siyaların vaxtından əvvəl açıq­lanması döv­lətin təhlükəsizliyinə ziyan vura, yaxud diplomatik fəaliyyətin həyata keçiril­məsin­də çətinlik yarada bilərsə, belə məlumatlar dövlət sirri təşkil edir.

Jurnalistika terminləri lüğəti

xarici yayım

Bir ölkənin ərazisindən baş­qa ölkələrin auditoriyasına ünvanlanmış teleradio yayımı.

X.Y., əsasən, tanıtma və ya təbliğat məqsədilə həyata keçirilir, ək­sər hallarda tam, yaxud qismən dövlət tə­rəfin­dən maliyyələşdirilir. X.Y. proq­ram­ları ölkənin öz ərazisində birbaşa trans­lya­siya olunmur, sosial rəqəmsal paketlərə daxil edilmir.

Jurnalistika terminləri lüğəti

əks-səda otağı

Radio və televiziyada ­səs­­­yazma zamanı təbii əks-səda effekti ­ya­ratmaq üçün istifadə edilən qapalı mə­kan.

Ə-S.O. müvafiq elektroakustik ava­danlıqla təchiz olunur. Səs mənbəyindən gələn bir­başa siqnal gücləndirilərək mikrofona yönəldilir və elektroimpuls şəklində səs pultuna ötürülür. Birbaşa siqnalla təcrid olunmuş otaqdakı mikrofondan verilən siq­nalların müvafiq qaydada bir­ləşdirilməsi nəticəsində reverberasiya (dalğalı əks-səda) effektinə nail olunur. Bu yolla iki nə­fər arasında söhbətin, məsələn, mağa­rada baş verdiyi təsəvvürü yaradılır. Rə­qəmli texnologiyaların inkişafı səsin re­ver­bera­si­yasını yaratmaq üçün Ə-S.O.-na ehtiyacı faktik olaraq aradan qaldırır.

Jurnalistika terminləri lüğəti