lat. structura – quruluş, düzüm
1. Bir şeyin qarşılıqlı əlaqədə olan tərkib hissələri, quruluşu.
Məqalənin S.-u onun vahid bir mətn kimi qavranılan və qarşılıqlı əlaqədə olan elementlərindən – başlıqdan, başlıqaltından, liddən, faktın ətraflı təsvirindən, ona verilən şərhlərdən, yekun rəydən, məqaləyə əlavə edilən arayışdan, qeyddən və s.-dən ibarət olur.
2. Bir şeyin tərkib hissələrinin vəhdətini təmin edən qarşılıqlı əlaqələr sistemi.
Məsələn, dilin S.-u onun bütün fonetik, morfoloji, leksik və s. elementləri arasında əlaqələr sistemidir.
Jurnalistika terminləri lüğətilat. studio – məşğələlər üçün yer
1. Foto, video və ya kino çəkilişlərinin aparılması, səslərin yazılması üçün nəzərdə tutulmuş, müvafiq avadanlıqla təchiz olunmuş qapalı məkan.
2. Radio və televiziyada verilişləri efirə vermək üçün xüsusi avadanlıqla təchiz olunmuş otaq.
Mətn oxumaq üçün ayrıca diktor S.-ları da yaradılır.
3. Filmlərin, video, audio və fotomaterialların istehsalı üzrə ixtisaslaşmış təşkilat, müəssisə; məs.: kinostudiya, videostudiya, fotostudiya, səsyazma studiyası.
Jurnalistika terminləri lüğətilat. sub – alt + lat. titulus – bir şeyin üstündə yazı
Kino, yaxud televiziya ekranında təsvirin aşağı hissəsində yerləşdirilmiş yazı, alt yazı.
S.-lərdən eşitmə qabiliyyəti zəif olanlar üçün ekranda söylənilənləri yazılı surətdə göstərmək, danışığı tərcümə etmək, bəzi hallarda kadra əlavə izah vermək məqsədilə istifadə olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiGerçəkliyə, fakta, hadisəyə, prosesə münasibətin maraqlardan, dünyagörüşündən, habelə üstün tutulan mənəvi-etik prinsiplərdən asılılığı.
S. yalnız fərdlərə deyil, kollektivlərə, cəmiyyətə də xas olan xüsusiyyətdir. Jurnalistikada S. probleminə müxtəlif baxışlar mövcuddur. Bütövlükdə cəmiyyət, bir çox media mütəxəssisləri jurnalistikadan S.-dən uzaq olmağı tələb edirlər. Digər mütəxəssislər bunun qeyri-mümkün olduğunu, ən azı, hansı mövzuya diqqət yetirməyin lazım gəldiyini müəyyənləşdirərkən, faktları seçərkən redaksiyanın qeyri-ixtiyari subyektiv baxışlardan çıxış etdiyini deyirlər. Buna görə də S. jurnalistikada bir qədər dar mənada – qərəzsizlik, neytrallıq, peşə prinsiplərini və ictimai maraqları şəxsi maraqlardan üstün tutmaq kimi başa düşülür. Əksər ölkələrin peşə etikası kodekslərində bu termindən istifadə etməməyə çalışırlar.
Jurnalistika terminləri lüğətifr. soufleur – nəfəs almaq, üfürmək
1. Səhnədə xəlvət yerdə əyləşərək tamaşa və ya məşq zamanı ehtiyac yarandıqda aktyora rolun mətnini xatırladan şəxs.
2. Televiziyada xəbərin, yaxud çıxışın mətnini diktorun, aparıcının üzdən oxuması üçün displeydə əks etdirən qurğu.
Bu qurğu kameranın üstündə, yaxud altında quraşdırılır, diktorun, aparıcının baxışını kameradan yayındırmamasına imkan verir və onların mətni özlərindən söylədiyi haqda təəssürat yaradır.
3. Məcazi mənada: cavabı, deməli olduğu sözü başqasına pıçıldayan, təlqin edən şəxs.
Jurnalistika terminləri lüğətiing. supervisor – müşahidə edən
Müxtəlif mərhələlərdə proseslərə nəzarət edən menecer, inzibati vəzifə.
KİV-də bir işin yerinə yetirilməsi üçün praktik vərdişlərlə yanaşı, ümumi idarəçilik bacarıqları da tələb olunanda S.-ə ehtiyac yaranır; məs.: televiziyada kompüter qrafikası S.-i, çəkilişə hazırlıq S.-i və s.
Jurnalistika terminləri lüğəti1. Əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması;
2. Əsərlərin, fonoqramların elektron, optik və ya xüsusi cihazlarla oxuna bilən digər formatlarda saxlanmaq üçün yazılması.
Jurnalistika terminləri lüğəti1. Mətbu nəşrlərdə səhifənin əvvəlindən axırınadək eyniölçülü sətirlərin alt-alta düzümü.
Nəşrlərdə S.-ların sayı onun dizaynının mühüm elementlərindən biridir. Qəzet səhifələri, adətən, 3–6, jurnal səhifələri 1–2, maksimum 3 S.-dan ibarət olur.
2. Mətbu nəşrdə ardıcıl çıxış edən müəllifin yazısının daim dərc olunduğu yer.
Jurnalistika terminləri lüğəti