Kütləvi informasiya vasitəsilə onun auditoriyasının bir-birinə bağlılığı, ünsiyyəti.
Dar mənada Q.Ə. oxucu və tamaşaçının hər hansı material, yaxud verilişlə bağlı reaksiyasını, şərhini nəzərdə tutur. Q.Ə.-nin ənənəvi metodlarından (redaksiyaya məktub, ya zəng, oxucu konfransları) hazırda nadir hallarda istifadə edilir, ünsiyyət, əsasən, internet vasitəsilə həyata keçirilir.
Jurnalistika terminləri lüğətiBazar subyekti, ona məxsus əmtəə, digər subyektlərin əmtəəsi, həmçinin statistik göstəricilər barədə həqiqətəuyğun olmayan məlumatları əks etdirən reklam.
Buraya əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, istehlak xassələri, dəyəri, ödəmə, əldə edilmə, istifadə və zəmanət şərtləri, keçdiyi sınaqlar, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, istehsal olunduğu yer və s. haqqında müxtəlif növ məlumatlar daxildir. Sənədli şəkildə təsdiqlənmədiyi halda, reklamda «ən», «yalnız», «təkcə» və bu kimi terminlərdən istifadə də qeyri-dəqiqlik hesab olunur. Q-D.R.-a qanunla yol verilmir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiÜmumi qəbul edilmiş humanizm və əxlaq normalarına zidd təhqiramiz sözlər, müqayisələr və obrazlar işlədilən, mədəni irsi, milli, dini rəmzləri, digər əmtəə növlərini gözdən salan, hər hansı əlamətə görə cəmiyyətdə ayrı-seçkilik yaradan reklam.
Milli, irqi, dini, sosial ayrı-seçkilik, habelə böhtan, təhqir xarakterli elementlərə malik Q-E.R. onun sifarişçisinə, istehsalçısına və yayıcısına qarşı məhkəmə iddiasına səbəb ola bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMəqsəddən asılı olaraq təsvirlərin qeyri-ardıcıl, sərbəst şəkildə seçilməsi və düzülməsinə imkan verən montaj üsulu.
Q-X.M. xüsusi proqramlar əsasında kompüterdə icra olunur. Belə üsulla hazır materialdan istənilən təsviri, yaxud səs elementini çıxarmaq, başqa yerə keçirmək, habelə zəruri kadrları istənilən hissəyə əlavə etmək mümkündür. Bu zaman montaj materialının ümumi strukturunu dəyişməyə, lenti təzədən köçürməyə və ya əlavə montaj əməliyyatları aparmağa ehtiyac qalmır. Q-X.M.-a kompüter montajı da deyilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti