fr. parole – söz
Proqramlara və informasiyalara çıxış əldə etmək üçün istifadəçinin kompüter sisteminə təqdim etdiyi simvollar kombinasiyası.
Bu simvollar rəqəm, hərf və işarələrdən, yaxud sözdən ibarət olur, hər bir istifadəçi üçün fərdi xarakter daşıyır, proqramlara və informasiya bazasına icazəsiz kənar müdaxilələrin qarşısını alır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. participatory communication – birgə kommunikasiya
Əhalinin yaş, peşə, sosial əlamətlərinə görə fərqli qruplarının səylərinin birləşdirilməsi və media vasitəsilə qərarların qəbul edilməsi, təşəbbüslərin həyata keçirilməsi prosesinə yönəldilməsi üzrə planlaşdırılmış fəaliyyət.
Bu fəaliyyət iki mərhələdən ibarətdir: birinci mərhələdə əhali qruplar üzrə bölünərək təlimləndirilir, ikinci mərhələdə KİV-dən sosial şəbəkələrdən istifadə etməklə öz aralarında dialoq qurmağa, qarşılıqlı informasiya mübadiləsi aparmağa, birgə təşəbbüslər həyata keçirməyə alışdırılır.
Jurnalistika terminləri lüğətiing. guerrilla television termininin hərfi tərcüməsi
1. Şəbəkə televiziyasına alternativ olaraq yaranmış, film və süjetlərini videokasetlərdə fərqli üsullarla yayan telekanal.
Termini ilk dəfə «P.T.» (1971) kitabında amerikalı telejurnalist Maykl Şamberq işlədib. O, 1960-cı illərin sonlarında dostları ilə birgə video-kollektiv yaradaraq «Yırtıcı» televiziya» adlandırdığı mövcud televiziya mədəniyyətinə və sisteminə qarşı dinc üsullarla «partizan mübarizəsi»nə qalxıb. P.T. ideyasının müəllifləri tərəfdarlarını portativ kameralarla alternativ filmlər, verilişlər çəkməyə və onları yaymağa çağırırdılar. Şamberq inanırdı ki, yeni kommunikasiya texnologiyaları alternativ informasiya və ideyaları əhaliyə çatdırmağa, ictimai həyatda dəyişikliklərə nail olmağa imkan verəcək.
2. Öz ölkəsində qanuni fəaliyyət göstərə bilmədiyi üçün yayımını xarici dövlətin ərazisindən həyata keçirən peyk və ya internet televiziyası.
Misal: «Biz havayı yerə partizan televiziyası adlandırılmırıq: müharibə vaxtı partizanlar silahlarını gizli yerlərdə saxladıqları kimi, bizim də avadanlığımızı gizlətdiyimiz yerlər var» (Aleksey Dzikavitski, Polşadan yayımlanan «Belsat TV»nin redaktoru).
Jurnalistika terminləri lüğətiTotalitar cəmiyyətlərdə hakim partiyanın maraqlarına xidmət edən jurnalistikanın əsas fəaliyyət prinsiplərindən biri.
Belə cəmiyyətlərdə media və jurnalistikanın ilkin vəzifəsi partiyanın göstərişlərini yerinə yetirməkdir. Hələ 1847-ci ildə Fridrix Engels mətbuatın «partiyanın tələblərini əsaslandırmalı, inkişaf etdirməli» və «düşmən partiyanın iddialarını rədd etməli» olduğunu göstərirdi. Keçmiş sovet ölkələri müstəqillik əldə etdikdən sonra onların əksəriyyətində jurnalistləri P.-dan çəkinməyə çağıran etik kodekslər qəbul olunub. Lakin 2015-ci ildə «Avropa qonşuluq siyasəti» çərçivəsində bu ölkələrdə keçirilmiş tədqiqat göstərdi ki, bir çox ölkələrdə P. jurnalist şəxsiyyətinin dominantlıq təşkil edən komponenti kimi qalmaqdadır. Qərb jurnalistikasında P. prinsipi nəinki rədd edilir, hətta jurnalistlərin tərəfsizliyinə şübhə yaranmamaq üçün onların siyasi tədbirlərdə, seçki kampaniyalarında iştirakına da məhdudiyyətlər qoyulur. Media orqanları bu şərtlərə əməl olunmasına ciddi nəzarət edir; məsələn, New York Times qəzetinin etik qaydalarında əməkdaşlara iş vaxtı hər hansı siyasi təşkilata, kampaniyaya təəssübkeşlik ifadə edən nişanlar gəzdirmək qadağan olunur.
Jurnalistika terminləri lüğətialm. pasquill – XV əsrdə yüksəkvəzifəli şəxslər haqqında böhtanlar yayan pinəçi Pasquinonun adından
Təhqiramiz, böhtan xarakterli məqalə, ədəbi əsər.
P. heç bir mənəvi sərhədlə hesablaşmadan hər hansı şəxsi, ideyanı, hərəkatı ləkələmək, gözdən salmaq məqsədi güdür.
Jurnalistika terminləri lüğəti1. Televiziya, radio verilişlərini fərq qoymadan izləyən tamaşaçı və dinləyici kütləsi.
Belə auditoriya verilişlərə, sadəcə, adət etdiyi üçün baxır, qulaq asır.
2. Media vasitəsilə aldığı informasiyaya ictimai münasibət bildirməyən auditoriya.
P.A.-ya daxil olan şəxslər heç vaxt media materiallarını sosial şəbəkələrdə şərh etmir, redaksiyaya məktub yazmır, müəlliflərə zəng etmir və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiDilin lüğət tərkibinin hal-hazırda azişlənən, az tanış olan sözləri.
P.S. köhnəldikləri üçün dilin lüğət tərkibindən çıxmaqda olan, yaxud çox azişlənən, təzə yarandıqları üçün əksəriyyətin hələ anlamadığı və istifadə etmədiyi ifadələrdən ibarətdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. pausis – saxlama, dayanma
1. Hər hansı fəaliyyətdə müvəqqəti fasilə, susqunluq.
2. Nitq zamanı sözlər arasında qısa fasilə.
P. ritmik (şeirdə) olur, yaxud fikri, münasibəti sözsüz ifadə vasitəsi kimi xüsusi məna yükü daşıyır.
3. Audio və videocihazlarda çəkilişə, nümayişə qısamüddətli ara vermək üçün funksiya və bu funksiyanı yerinə yetirən detal.
Jurnalistika terminləri lüğətilat. papilio – çadır
1. Kino, tele və foto çəkilişlərin aparılması üçün avadanlıqla, dekorasiya və işıqlandırma qurğuları ilə təchiz olunmuş otaq, meydança, çadır.
2. Sərgilərin keçirilməsi, eksponatların, foto əsərlərinin, filmlərin nümayişi üçün böyük zal.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti