Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kodlaşdırılmış sənəd

Hərf və sözlər rəqəm və işarələrlə əvəz olunmuş, ya­xud məzmunu kodlarla şifrlənmiş yazılı ­mə­lumat.

Məlumatın kodlaşdırılması müəy­­yən hallarda (məsələn, çıxış əllə yazılarkən) mexaniki üsulla, lakin, əsasən, xüsusi  proq­ramlar vasitəsilə avtomatik həyata keçirilir. K.S.-i yalnız müvafiq proqramla, yaxud kodlaşdırma qaydalarını bilməklə oxumaq olar. Azərbaycan qa­nun­vericiliyinə görə, stenoqramlar və digər formada K.S.-lər informasiya sorğusu ver­miş şəxsə təqdim olunarkən istifadə üçün yararlı vəziyyətə salınmalıdır.

Jurnalistika terminləri lüğəti