ABŞ-ın Xerox şirkətinin adından
1. Elektrofotoqrafiyanın bir növü olan kseroqrafiya üsulu ilə – quru rəng tozundan istifadə etməklə – sənədin, əsərin surətini kağız üzərinə köçürən aparat.
Tirajı az olan nəşrlərin, məsələn, broşürlərin çoxaldılması üçün bu aparatlar çap dəzgahlarına nisbətən daha səmərəlidir.
2. Kseroqrafiya üsulu ilə alınan fotosurət, sənəd nüsxəsi.
Jurnalistika terminləri lüğətilat. quadrum – dördbucaq
1. Mətbəədə şriftin, klişenin, sütunun, səhifənin enini və hündürlüyünü, ara məsafələri müəyyənləşdirmək üçün istifadə olunan ölçü vahidi.
Bir K. 48 punkta, təxminən 18 mm-ə bərabərdir.
2. Mətbəə yığımında səhifənin boş yerlərini doldurmaq üçün kvadrat formalı xüsusi material.
Jurnalistika terminləri lüğətiMontaj prosesində hər sonrakı kadrın özündən əvvəlki kadrın mənasını tamamilə dəyişə biləcəyini sübut edən eksperiment.
Eksperiment 1929-cu ildə məşhur rus rejissoru Lev Kuleşov tərəfindən keçirilib və təsvir olunub. Kuleşov əyani şəkildə göstərib ki, kadrda dərin xəyala dalmış kişi sifəti ondan sonra ekrana buğlanan şorba kasası, uşaq tabutu, yaxud divanda uzanmış qadın təsviri gəlməsindən asılı olaraq tamamilə fərqli mənalar ifadə edir. Bu eksperiment kinoda və televiziyada montajın nə dərəcədə mühüm rol oynadığını nümayiş etdirir.
Jurnalistika terminləri lüğətifr. coupon < couper – kəsmək
Hər hansı məhsulun əldə edilməsi, xidmətdən istifadə olunması üçün üstünlük hüququ, yaxud uduşlu oyunda iştirak imkanı verən sənəd.
Çap KİV satışı stimullaşdırmaq üçün K.-lardan istifadə edir. Qəzetdən, jurnaldan kəsib götürdüyü K.-u (K.-ları) redaksiyaya təhvil verən oxucu müxtəlif mükafatlar (məs.: 1 illik pulsuz abunə) alır və ya lotereya oyununda iştirak hüququ qazanır.
Jurnalistika terminləri lüğətilat. cursivus – sürətli, qaçan
Əllə yazılmış kalliqrafik həfrlərə bənzəyən maili şrift forması.
Belə şriftlərdən ilk dəfə 1500-cü ildə İtaliyada istifadə olunduğu üçün onlara «İtalik tipli» şriftlər deyilir. Əksər hallarda düz şriftlərin maili variantlarını da K. adlandırırlar. Lakin adi maili şrift formaları sadə üsulla – düz şriftlərə təxminən 15° sağa meyillilik verməklə yaradılır. K. isə özünəməxsus, fərqli dizayna malik olur. Adi maili şriftdən mətnin bir hissəsini digərindən fərqləndirmək, K.-dən isə məhz əlyazma effekti yaratmaq üçün istifadə edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. cursor – işarə, əqrəb
1. Məlumatın daxil ediləcəyi yeri, üzərində əməliyyat icra olunacaq obyekti elektron cihazın ekranında göstərən, yaxud işarələyən simvol.
K. klaviatura, «siçan», sensor və ya ekrana əllə toxunmaqla hərəkət etdirilir.
2. Kompüter «siçan»ının ekran işarəsi.
Jurnalistika terminləri lüğətiər. – örtmək
1. Tanrının varlığı və birliyi kimi dinin təməllərindən sayılan inancları inkaretmə, dinsizlik.
2. Çıxışlarda, kütləvi nümayiş olunan əsər və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin, yaxud icmanın dini inanclarının, o cümlədən müqəddəslərinin qəsdən alçaldılması, təhqir edilməsi.
Belə hallar çox vaxt cəmiyyətdə narazılıqlara, bəzən iğtişaşlara, habelə K.-ə yol vermiş jurnalistlər və yazıçıların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Bunu nəzərə alaraq Avropa Şurasının Parlament Assambleyası 2007-ci ildə K. və dini hislərin təhqirinə dair üzv-ölkələrə tövsiyələr qəbul edib. Həmin sənədə görə, K. cinayət əməli hesab olunmamalıdır: əxlaqi-mənəvi dəyərlərlə qanunun tələbləri arasında fərq qoyulmalıdır. Hər hansı fikir, yaxud ifadə ancaq konkret şəxsə, yaxud insanlar qrupunun özünə qarşı yönəldildiyi halda təhqiramiz sayıla bilər. Odur ki milli qanunvericilik K.-ə görə deyil, yalnız KİV-də dözümsüzlük yayan, dini mənsubiyyət əsasında ayrı-seçkiliyə, ictimai asayişi pozmağa, açıq zorakılığa çağıran çıxışlara görə məsuliyyət nəzərdə tutmalıdır.
3. Söyüş, nalayiq ifadə.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiZorakılıq, talan və yanğınların törədilməsi, əmlakın dağıdılması, odlu silah, partlayıcı maddə və qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan qarışıqlıqlara təhriketmə.
Azərbaycanın media qanunvericiliyində informasiya vasitələrində K.İ.Ç.-lar qadağan olunub. Belə çağırışlara şərait yaradan, yaxud onları müdafiə edən teleradio yayımçılarının lisenziyası məhkəmənin qərarı ilə qüvvədən salına bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. auditorium – dinləmək üçün yer
Kütləvi informasiya vasitələri ilə yayılan məlumatların bütün istifadəçilərinin cəmi.
Buraya qəzet, jurnal və kitab oxucuları, radio dinləyiciləri, televiziya və kino tamaşaçıları, internet istifadəçiləri, informasiya məhsullarının (audio və videodisklər, kasetlər və s.) alıcıları daxildir. K.A.-nı digər auditoriya formalarından (məs.: məqsədli auditoriya) fərqləndirən əsas cəhət məhz onun kütləviliyi, sərhədlərinin çox geniş olması və bununla bağlı inertliyidir.
Jurnalistika terminləri lüğətiMüəllif hüquqları və əlaqəli hüquqların obyekti olan əsərlərin efir, yaxud kabel yayımı vasitəsilə əhaliyə çatdırılması, habelə bu əsərlərin əhali tərəfindən hər hansı üsulla əldə olunmasının təmin edilməsi.
K.B. hüququ müəllifin, yaxud əsərin sahibi olan teleşirkətin, radio kanalının əmlak hüququnun tərkib hissəsidir və başqalarının ondan icazəsiz istifadəsi qadağandır.
Jurnalistika terminləri lüğəti