Müəyyən əlamətlərinə görə fərqlənən tamaşaçı və ya dinləyici dairəsi üçün nəzərdə tutulan veriliş.
Auditoriyanın rəngarəngliyi bu növ verilişlərin hazırlanmasını zəruri edir. Ü.V.-in konkret istiqaməti auditoriyanın coğrafi, demoqrafik göstəricilərinə, peşə mənsubiyyətinə, digər xüsusiyyətlərinə, həmçinin insanların maraq və meyillərinə (məs.: kənd əhalisi üçün; gənclər üçün; hərbçilər üçün; şahmat həvəskarları üçün verilişlər və s.) uyğun olaraq müəyyənləşdirilir.
Jurnalistika terminləri lüğəti1. Kütləvi informasiya vasitəsi redaksiyasının hazırladığı məhsulun ideya-bədii və dizayn xüsusiyyətlərinin, digər fərqləndirici əlamətlərinin vəhdəti.
2. Əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu.
3. Müəllifin, verilişin aparıcısının özünəməxsus yaradıcılıq tərzi.
4. Ünsiyyət məqsədilə dil vasitələrinin seçilməsi, seçilən vahidlərin əlaqələndirilməsi baxımından səciyyəvi dil növü; məs.: dil üslubu, funksional üslub.
5. Kompüter proqramları, hipermətn dillərində mətn, cədvəl, qrafiklərin və s.-nin tərtibatı qaydalarının toplusu.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti