Reklam
Reklam

Məsəllər, deyimlər

BEYİN AXINI

►Elm adamlarının, intellektualların, ixtiraçıların və yaradıcı şəxslərin bir ölkədən başqasına – daha inkişaf etmiş yerə kütləvi mühacirətini bildirən ifadə.

İfadə ingilis dilindəki «brain drain» leksik vahidinin qarşılığı kimi dünyanın bir çox dillərində işlənməkdədir.

II Dünya müharibəsindən (19391945) sonra dövriyyəyə daxil olmuş bu ifadə bir başqa dövlətdə baş verən xoşagəlməz proseslər (çaxnaşma, siyasi təzyiq, iqtisadi çətinlik və s.) səbəbindən intellektual şəxslərin başqa qabaqcıl ölkələrdə daha yaxşı iş imkanları və ya daha yaxşı həyat şəraiti axtardığını bildirir.

Beyin axını zamanı ölkə intellektualları, istedadları, ən yaxşı peşəkar mütəxəssislərini itirir. Yəni insanlar köçüb gedəndə onların ölkəsinə iki səbəbdən ciddi zərər dəyir: birincisi, hər mühacirlə ölkə bir mütəxəssis itirir, bu isə həmin peşə imkanlarının azalmasına səbəb olur, ikincisi, ölkəyə iqtisadi ziyan dəyir, çünki hər bir yüksək səviyyəli mütəxəssis onun büdcəsinin artmasına müəyyən töhfə verir. Hazırda beyin axınından ən çox udan ölkə ABŞ hesab olunur.

İfadə, adətən, kompüter proqramçıları, həkimlər, alimlər, mühəndislər və maliyyə mütəxəssislərinin mühacirətini təsvir etmək üçün işlədilir.

Məsəllər, deyimlər