- Ət yeyən quş dimdiyindən bəlli olar. (Azərbaycan)
- Toyuq qaz yerişi yerisə, öz yerişini də itirər. (Azərbaycan)
- Ac toyuq yuxuda darı görər! (Azərbaycan)
- Tovuz quşunu tükünə görə kəsərlər. (Azərbaycan)
- Qırqovul başını soxar kola, deyər heç kəs məni görmədi. (Azərbaycan)
- Qarğadan gözəl quş istədilər, balasını göstərdi. (Azərbaycan)
- Can verirsən, boz sərçəyə ver, qaranquş gəldi-gedərdir! (Azərbaycan)
- Bayquş xarabalıq sevər. (Azərbaycan)
- Qərib quşun yuvası olmaz. (Azərbaycan)
- Alıcı quş dimdiyindən bilinər. (Azərbaycan)
- Quş qanadı ilə, adam adı ilə! (Azərbaycan)
- Xoruzun vəzifəsi banlamaqdır. (Azərbaycan)
- Xoruzun altında yumurta axtarır! (Azərbaycan)
- Xoruz banlamasa, səhər açılmaz?! (Azərbaycan)
- Toyuq bir su içər, bir yuxarı baxar! (Azərbaycan)
- Ördəkdən qaz yerişi tələb eləmək olmaz! (Azərbaycan)
- Yeməmisən qaz ətini, nə bilirsən ləzzətini? (Azərbaycan)
- İt qaya kölgəsində yatar, deyər: "Öz kölgəmdir." (Azərbaycan)
- Yəhər ata yük olmaz. (Azərbaycan)
- Eşşəyə gücü çatmır, palanı döyür. (Azərbaycan)