Reklam
Reklam
  • Qırıq qanadla qartal da uça bilməz. (Gürcü)
  • Qarğanı xanım kimi bəslədilər, ancaq o, qarıldamağından qalmadı ki, qalmadı. (Gürcü)
  • Qarışqanı ayağa qoy, başa çıxacaq. (Gürcü)
  • Qarışqanın gözü yox idi, Allahdan kirpik diləyirdi. (Gürcü)
  • Kəl ilə kəlləyə gələn buğa buynuzsuz qalar. (Gürcü)
  • İt olmayan vilayətdə pişiklər hürər. (Gürcü)
  • İnək duza aldanar, insan sözə. (Gürcü)
  • İlanın çölü ala-buladır, insanın — içərisi. (Gürcü)
  • İlan qabığını dəyişər, ürəyini yox. (Gürcü)
  • Fırçalasan da, qara qarğa ağarmaz. (Gürcü)
  • Əgər canavar səni dəvət etsə, onun yanına get, amma itini də özünlə apar. (Gürcü)
  • Eşşəyin qulağını mişar ilə kəsirmişlər, bu nə səsdir deyirmiş. (Gürcü)
  • Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır. (Gürcü)
  • Bir it iki dovşanı birdən tuta bilməz. (Gürcü)
  • Balina həzm edə bilmədiyini udmur. (Gürcü)
  • Balığa çayda qiymət verməzlər. (Gürcü)
  • Ayı min cür atılıb-düşür, ancaq cır almanın altında. (Gürcü)
  • Atdan düşən, eşşəyə minməz. (Gürcü)
  • Ac köpək yiyəsini də qapar. (Gürcü)
  • Qızılquş əldə gəzər, gözəl qız dildə! (Azərbaycan)