Reklam
Reklam
  • Özgə quzudan bizə qoç olmaz. (Kürd)
  • Bir günlük aslan ol, bir illik tülkü olma. (Kürd)
  • Yaxşı atım olsun, nalı olmasa da olar. (Kürd)
  • Yük uzunqulağa gəlməsə, uzunqulaq yükə gedər. (Kürd)
  • Yeməyə heç nə olmasa da, aslan ot yeməz. (Hind)
  • Sahildə it timsahı dartışdırar, suda isə timsah iti. (Hind)
  • Həşərat çox olsa, hətta ilanı da məhv edər. (Hind)
  • Aslan göy gurultusuna cavab verər, çaqqal ulaşmasına yox. (Hind)
  • İki quş arasındakı mübahisəni həll etmək üçün pişik çağıra bilməzsiniz. (Hind)
  • Pələngi yaratdığı üçün tanrını günahlandırmayın, ona qanad vermədiyi üçün şükür edin. (Hind)
  • Yiyəsiz qoyunu qışda da qırxarlar. (Gürcü)
  • Yemək yeyəndə it də susur. (Gürcü)
  • Yaxşı atın arpasını artırarlar, pis atın qamçısını. (Gürcü)
  • Ulağı toya çağırdılar — su daşımağa. (Gürcü)
  • Tülkü öləndə də başını toyuq hininə tərəf çevirər. (Gürcü)
  • Şirin dillə dağ maralını da sağmaq olar. (Gürcü)
  • Pişiyin başına kolbasa gurultuyla düşdü, dedi: "İlahi, məni həmişə belə ildırımlar vursun". (Gürcü)
  • Ölü aslandansa, diri it yaxşıdır. (Gürcü)
  • Qurdu — qurd kimi, tülkünü — tülkü kimi qarşıla. (Gürcü)
  • Qurda "İncil" oxuyurlar, amma onun ürəyindən meşə keçir. (Gürcü)