- Bəxt kəsəni bıçaq kəsməz. (Saxur)
- Qabağa keçəndən yox, arxada qalandan qorx. (Saxur)
- Gəzən ayağa palçıq yapışar. (Saxur)
- Ağılsız qızdansa, kor oğul yaxşıdır. (Saxur)
- Taxılı səpəndə dəyirman axtararlar. (Saxur)
- Üstündə pul olmayana dilənçi deməzlər. (Saxur)
- Daş anbara diyirlənər. (Saxur)
- Gülləri yığmağa getmişdim, kol-kosa düşdüm. (Saxur)
- Gül gülə baxıb açılar. (Saxur)
- Döyülməmiş çəltikdən düyü olmaz. (Saxur)
- Sarımsaq yeməyənin ağızından iy gəlməz. (Saxur)
- Təki baş sağ qalsın, papaq tapılar. (Ləzgi)
- İki evin urvasından üç fətir olar. (Ləzgi)
- Dənizə daş atmaqla suyu bulanmaz. (Ləzgi)
- Qıfılsız dil baş ağrıdar. (Ləzgi)
- Keçəlin bəxti yeyin olar. (Ləzgi)
- Kələklə gələn, küləklə gedər. (Ləzgi)
- Xəncər ləzgiyə yaraşar. (Ləzgi)
- Kar iki dəfə gülər. (Ləzgi)
- Plov bişirməyə söz yox, düyü ilə yağ gərəkdir. (Ləzgi)