- Pulsuz ol, abırsız olma. (Saxur)
- Xörək başqasının, qarın sənindir. (Saxur)
- Xətrə toxunası sözü ağzından çıxarma. (Saxur)
- Pambıq üstə axsayandır. (Saxur)
- Hər çağırılan yerə getməzlər. (Saxur)
- Görüləsi işi bir ay qabaq gör. (Saxur)
- Evdə umac bişirə bilməyən, kənd üçün plov bişirir. (Saxur)
- Onun ipinin üzərində çovdar qurutmaq olmaz. (Saxur)
- Ayaqlarını su aparır, başı isə göydədir. (Saxur)
- Nə uzanıbsan, elə bil yüz qoyun qazanıbsan? (Saxur)
- Çayı görməmiş çırmalanma. (Saxur)
- Elə yerdə otur ki, durğuzmasınlar. (Ləzgi)
- Dili bal, işi bəla. (Ləzgi)
- Çaya çatmamış şalvar çıxarmazlar. (Ləzgi)
- Kor tutduğunu buraxmaz. (Ləzgi)
- Kor kora xox gələr. (Ləzgi)
- Borc ilə çaxır içən iki dəfə keflənər. (Ləzgi)
- Su içdiyin bulağın gözünə daş atma. (Kürd)
- Ürək süfrədir ki, hər yetənin önündə açasan? (Kürd)
- Dəlilər dəli deyil, onlara inananlar dəlidir. (Kürd)