- Əgər Günəş kimi parlamaq istəyirsənsə, əvvəlcə Günəş kimi yanmalısan. (İngilis)
- Çeynəyə biləcəyinizdən çox dişləməyin. (İngilis)
- Gücü çatmayan daşın böyüyündən yapışar. (Tat)
- Üstümü unlu görüb, məni dəyirmançı bilirsən. (Tat)
- Hərə odu öz qoğalının altına çəkər. (Tat)
- Ağrımayan başına qırmızı yaylıq bağlama. (Tat)
- Yaxşı adamla oturub-dursan, ondan da yaxşı olarsan. (Talış)
- Alçaq adam gündə üç dəfə allahlıq iddiasında olar. (Talış)
- Suyun qabağını bənddə alarlar, dərədə yox. (Talış)
- Şeytan on lampaya neft tökər, heç biri yanmaz. (Talış)
- Çörəyi təndir bişirər, özündən razı arvad deyər: “Mən bişirdim”. (Talış)
- Nənə kökə verən olsaydı, təndir başında verərdi. (Talış)
- Bir Allah qalıb, on iki imama yalvarırlar. (Talış)
- Vaxtını itirən bəxtini itirər! (Talış)
- Dərdi gizlətsən, ölərsən, borcu gizlətsən, müflis olarsan. (Talış)
- Onun həsirinin üstünə əsa qoymaq olmaz. (Talış)
- Nə qədər odlu olsan, özünü yandırarsan. (Talış)
- Can qurban elə aşığın zurnasına, mollanın deyingənliyi ürək çatladır. (Talış)
- İstəmədiyini başqasına da rəva bilmə. (Saxur)
- Birini ye, beşini sədəqə ver. (Saxur)