- İnsanın xoşbəxt olduğu koma, ağladığı saraydan daha yaxşıdır. (Çin)
- Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. (Çin)
- Allah bizi varlanan kasıblardan və kasıb olan zənginlərdən qorusun. (İtalyan)
- Ağası ilə armud yeyən ən yaxşısını seçməməlidir. (İtalyan)
- Varlı qapısına getmə ki, o həmişə ağlayar. (Tat)
- Filankəs acından öldü. Dedilər: Varıydı ki, yemədi? (Talış)
- Varlı təzə paltar geydi, dedilər: Mübarəkdir! Kasıb təzə paltar geydi, dedilər: Haradan gətirdin? (Talış)
- Ac toxu gormür. (Saxur)
- Kasıb hamama gedər, isti su buz bağlayar. (Ləzgi)
- Kasıb bacını doğma qardaş da istəməz. (Ləzgi)
- Varlı kişi ya təzə ev tikər, ya da təzə arvad alar. (Ləzgi)
- Ağanın malı gedər, nökərin canı. (Ləzgi)
- Kasıb özünü asmağa getdi, varlıların ipdən asıldığını gördü. (Kürd)
- Kasıb çörək dərdində, ağa kefdə, şənlikdə. (Kürd)
- Kasıb gündə on dəfə ölür. (Gürcü)
- Dövlətli ölüyə ağladı, kasıb xərcin dərdini çəkdi. (Gürcü)
- Qızıl taxtın olunca, qızıl bəxtin olsun. (Azərbaycan)
- Acığın dövlətə zərəri var. (Azərbaycan)
- Qızıl açar dəmir qapıları açar. (Azərbaycan)
- Evində yoxdur darı, oturub hamıdan yuxarı. (Azərbaycan)