Reklam
Reklam
  • Mənə düşmən olmayan qurd min il yaşasın. (Kürd)
  • Ayının yeddi mahnısı var, hamısı da bir armudun üstündə. (Kürd)
  • Qurdun adı çıxıb, tülkü dünyanı dağıtdı. (Kürd)
  • Bal oğurlayanın cəzasını arı özü verir. (Kürd)
  • Düşmənin qarışqa da olsa, yenə ehtiyatını gör. (Kürd)
  • Çobanın könlü istəsə, təkədən süd sağar. (Kürd)
  • Tülkü aslanın yerinə keçdi, hər yanı viran etdi. (Kürd)
  • Tülkü yeyə bilmədiyi üzümə “iylənib” deyər. (Kürd)
  • İlanın balası zəhərsiz olmaz. (Kürd)
  • Adam kimi işlə, aslan kimi ye. (Kürd)
  • Özgə quzudan bizə qoç olmaz. (Kürd)
  • Bir günlük aslan ol, bir illik tülkü olma. (Kürd)
  • Yaxşı atım olsun, nalı olmasa da olar. (Kürd)
  • Yük uzunqulağa gəlməsə, uzunqulaq yükə gedər. (Kürd)