- Heç kim heç kimin qəbrinə girməz. (Hind)
- Yerinə səpilməyən toxum bar verməz. (Hind)
- Yeməyə heç nə olmasa da, aslan ot yeməz. (Hind)
- Vaxtı əlinlə tuta bilməzsən. (Hind)
- Ümidini üzməyəni məğlub hesab etmək olmaz. (Hind)
- Şəhadət barmağınla birini ittiham etdiyin zaman üç barmağının sənə tərəf yönəldiyini unutma. (Hind)
- Sahildə it timsahı dartışdırar, suda isə timsah iti. (Hind)
- İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi. (Hind)
- Həşərat çox olsa, hətta ilanı da məhv edər. (Hind)
- Gözlərdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz. (Hind)
- Fildən yeddi addım, inəkdən on addım, qadından iyirmi addım, sərxoşdan otuz addım uzaq dur. (Hind)
- Ayın ləkəsi gözə tez dəyər, nəinki şöləsi. (Hind)
- Aslan göy gurultusuna cavab verər, çaqqal ulaşmasına yox. (Hind)
- Alçaq adamlar təbil kimidir, içi bomboş, hay-küyü çox. (Hind)
- Ağac kökləri ilə yaşar, insan dostları ilə. (Hind)
- Siz tanrıya bir addım atsanız, o sizə yeddi addım atar. (Hind)
- İki quş arasındakı mübahisəni həll etmək üçün pişik çağıra bilməzsiniz. (Hind)
- Korlar arasında təkgözlü də padşahdır. (Hind)
- Ayağınız daşa dəydiyi üçün büdrəyirsiniz, dağa yox. (Hind)
- Ağılın istəmədiyini göz görməz. (Hind)