Reklam
Reklam
  • Yiyəsiz qoyunu qışda da qırxarlar. (Gürcü)
  • Yemək yeyəndə it də susur. (Gürcü)
  • Yaxşı atın arpasını artırarlar, pis atın qamçısını. (Gürcü)
  • Ulağı toya çağırdılar — su daşımağa. (Gürcü)
  • Tülkü öləndə də başını toyuq hininə tərəf çevirər. (Gürcü)
  • Şirin dillə dağ maralını da sağmaq olar. (Gürcü)
  • Pişiyin başına kolbasa gurultuyla düşdü, dedi: "İlahi, məni həmişə belə ildırımlar vursun". (Gürcü)
  • Ölü aslandansa, diri it yaxşıdır. (Gürcü)
  • Qurdu — qurd kimi, tülkünü — tülkü kimi qarşıla. (Gürcü)
  • Qurda "İncil" oxuyurlar, amma onun ürəyindən meşə keçir. (Gürcü)
  • Qırıq qanadla qartal da uça bilməz. (Gürcü)
  • Qarğanı xanım kimi bəslədilər, ancaq o, qarıldamağından qalmadı ki, qalmadı. (Gürcü)
  • Qarışqanı ayağa qoy, başa çıxacaq. (Gürcü)
  • Qarışqanın gözü yox idi, Allahdan kirpik diləyirdi. (Gürcü)
  • Kəl ilə kəlləyə gələn buğa buynuzsuz qalar. (Gürcü)
  • İt olmayan vilayətdə pişiklər hürər. (Gürcü)
  • İnək duza aldanar, insan sözə. (Gürcü)
  • İlanın çölü ala-buladır, insanın — içərisi. (Gürcü)
  • İlan qabığını dəyişər, ürəyini yox. (Gürcü)
  • Fırçalasan da, qara qarğa ağarmaz. (Gürcü)