- Çay öz yatağını itirməz. (Gürcü)
- Bu dünyada bircə şey dilsiz danışır — vicdan. (Gürcü)
- Böyük yelkənləri ancaq güclü küləklər aça bilər. (Gürcü)
- Böyük ağrıya kiçik dərman kömək edir. (Gürcü)
- Böyük ağac güclü küləyi sevir. (Gürcü)
- Bir ağacdan kürək də düzəlir, bel də. (Gürcü)
- Bazarda şamın bahalaşmağının dərdi kora qalmayıb. (Gürcü)
- Batan günəş, doğan aya çəpəki baxar. (Gürcü)
- Barmağın ağrısını ürək bilər, ürəyin ağrısını heç kəs. (Gürcü)
- Axmaz su iylənər. (Gürcü)