- Könlü yemiş istəyən dolanar tağ başına. (Azərbaycan)
- Könlü balıq istəyən quyruğunu suya vurar. (Azərbaycan)
- Yazda oynayar, gülər, qışda acından ölər. (Azərbaycan)
- Yaz günündə tərləməyən qış günündə titrəyər. (Azərbaycan)
- Yaz əkinçi, qış dilənçi. (Azərbaycan)
- Yaz bitirir, yay yetirir, payız gətirir, qış aparır. (Azərbaycan)
- Yayda kölgədə yatan qışda qar üstə yatar. (Azərbaycan)
- Yayda kölgə xoş, qışda çuval boş. (Azərbaycan)
- Yayda işləyən qışda dişləyər. (Azərbaycan)
- Yayda başı bişənin qışda aşı bişər. (Azərbaycan)
- Ağıllı kişi qışın qeydinə yayda qalar. (Azərbaycan)
- Qalan işə qar yağar! (Azərbaycan)
- Kürkü yayda al, orağı qışda. (Azərbaycan)
- Yel əsəndə yellənir, yol görəndə yollanır. (Azərbaycan)
- Yel aparan yelinki, yerə qalan mənimki. (Azərbaycan)
- Gündüz çıraq yandıran axşam qaranlıqda qalar. (Azərbaycan)
- Axşamın xeyrindən gündüzün şəri yaxşıdır. (Azərbaycan)
- Gecə qara, cücə qara. (Azərbaycan)
- Yayda işlə, qışda dişlə. (Azərbaycan)
- Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər. (Azərbaycan)