- Vaxtı itirsən hədər, görərsən böyük zərər. (Azərbaycan)
- Cücəni payızda sayarlar. (Azərbaycan)
- Oynamaq bilmir, deyir: yerim dardır! (Azərbaycan)
- Alim olmaq asandır, insan olmaq çətin. (Azərbaycan)
- Çox yaşayan çox bilməz, çox gəzən çox bilər. (Azərbaycan)
- Yaşına baxma, başına bax! (Azərbaycan)
- Rəhmət yazana, lənət pozana! (Azərbaycan)
- Yazılan pozulmaz. (Azərbaycan)
- Qələmin ucu – qılıncın gücü. (Azərbaycan)
- Qələm yazanı qılınc poza bilməz. (Azərbaycan)
- Qələm əyri yonulsa da, doğru yazar. (Azərbaycan)
- Qələm qılıncdan itidir. (Azərbaycan)
- Ustadına kəc baxanın gözlərinə qan damar. (Azərbaycan)
- Elmsiz adam meyvəsiz ağac kimidir. (Azərbaycan)
- Elm zəhmət ilə başa gələr. (Azərbaycan)
- Elmli adam cürətli olar. (Azərbaycan)
- Elminə əməl etməyən alim əlində çıraq gəzdirən kora bənzər. (Azərbaycan)
- Elm para ilə yox, çalışmaqla ələ gəlir. (Azərbaycan)
- Elm öyrən beşikdən qəbirəcən. (Azərbaycan)
- Elm bir xəzinədir, nə qədər sərf edərsən, bir o qədər artar. (Azərbaycan)