- Qızıl taxtın olunca, qızıl bəxtin olsun. (Azərbaycan)
- Acığın dövlətə zərəri var. (Azərbaycan)
- Qızıl açar dəmir qapıları açar. (Azərbaycan)
- Evində yoxdur darı, oturub hamıdan yuxarı. (Azərbaycan)
- Ucuz ətin şorbası olmaz. (Azərbaycan)
- Keçəl halva yeyər, puluna minnət! (Azərbaycan)
- Çox yemək adamı az yeməkdən də qoyar! (Azərbaycan)
- Malını yeməyənin malını yeyərlər. (Azərbaycan)
- Yeyərsən qaz ətini, görərsən ləzzətini! (Azərbaycan)
- Yemək ilə doymayan, yalamaq ilə doymaz. (Azərbaycan)
- Doşab almışam, bal çıxıb. (Azərbaycan)
- Saxla gönü, gələr günü! (Azərbaycan)
- Çox yemək adamı az yeməkdən də qoyar. (Azərbaycan)
- Artıq tamah daş yarar, daş qayıdar baş yarar! (Azərbaycan)
- Nağdı qoyub, nisyənin dalınca düşmə! (Azərbaycan)
- Müftə sirkə baldan şirindir. (Azərbaycan)
- Malın mal olunca bazarın bazar olsun. (Azərbaycan)
- Əmanətə xəyanət olmaz. (Azərbaycan)
- Öküzü olana borc gön verərlər. (Azərbaycan)
- Kasıb pul tapdı, qoymağa yer tapmadı. (Azərbaycan)